SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Azərbaycanla bu gün dünəndən daha güclüyük

© AP Photo / Francisco Seco Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Türkiyə prezidenti deyib ki, təşkilatı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapı açıq olmalıdır.
BAKI, 19 dekabr — Sputnik. Qardaş Azərbaycana D-8 ailəmizə "xoş gəldiniz" deyirəm.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin paytaxtı Qahirədə keçirilən D-8-in (İnkişaf Edən Səkkiz Ölkə -red.) 11-ci Zirvə toplantısında deyib.
"Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm" - Ərdoğan vurğulayıb.
Xatırladaq ki, dekabrın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə gedib. Səfərdə məqsəd D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak etməkdir.
Xəbər lenti
0