https://sputnik.az/20241219/ceyhun-bayramovla-hakan-fidan-suriya-meselesini-muzakire-edibler-469349621.html
Ceyhun Bayramov Hakan Fidanla Suriyaya humanitar yardım planlarını müzakirə edib
Ceyhun Bayramov Hakan Fidanla Suriyaya humanitar yardım planlarını müzakirə edib
Sputnik Azərbaycan
Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb. 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T18:30+0400
2024-12-19T18:30+0400
2024-12-19T18:31+0400
ceyhun bayramov
siyasət
hakan fidan
suriya
müzakirə
atət
atət
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1b/466944313_0:160:3072:1888_1920x0_80_0_0_78507ba4d7dba3c423b45f72fc17f13b.jpg
BAKI, 19 dekabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.H.Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələr arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.11.12.24, 21:32Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblərAzərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. "Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb", - məlumatda qeyd olunub. Diqqətə çatdırılıb ki, telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər. Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1b/466944313_171:0:2902:2048_1920x0_80_0_0_4de1d312a4daa2074747ad239abaf500.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, hakan fidan, suriya, müzakirə, atət, atət, azərbaycan xin
ceyhun bayramov, hakan fidan, suriya, müzakirə, atət, atət, azərbaycan xin
Ceyhun Bayramov Hakan Fidanla Suriyaya humanitar yardım planlarını müzakirə edib
18:30 19.12.2024 (Yenilənib: 18:31 19.12.2024) Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
H.Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələr arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.
Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
"Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb", - məlumatda qeyd olunub.
Diqqətə çatdırılıb ki, telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.