https://sputnik.az/20241219/bun-gun-hava-bele-olacaq---proqnoz-469493217.html
Dekabrın 20-də hava necə olacaq? Milli Hidrometeorologiya Xidməti açıqladı
Dekabrın 20-də hava necə olacaq? Milli Hidrometeorologiya Xidməti açıqladı
Sputnik Azərbaycan
Abşeron yarımadasında fasiləli və intensiv yağışlar gözlənilir. 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T18:02+0400
2024-12-19T18:02+0400
2024-12-19T18:02+0400
cəmiyyət
hava
isti
şaxta
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893354_0:0:3071:1728_1920x0_80_0_0_3ec0a2ee2d151509ab248970f1779310.jpg
BAKI, 19 dekabr — Sputnik. Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarda arabir yağıntılı olacağ gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.***Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir. Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub. Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Qobustan, Şəki, Oğuz, Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan, Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb. Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.***Bakıda və Abşeron yarımadasında dekabrın 19-da havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yağıntı axşama doğru tədricən kəsiləcək.Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə isə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu 6-9°, dağlarda 0-3° şaxta olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893354_231:0:2962:2048_1920x0_80_0_0_9efbb16572feefd6d5c8eb9ad1584361.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, isti, şaxta, azərbaycan
hava, isti, şaxta, azərbaycan
Dekabrın 20-də hava necə olacaq? Milli Hidrometeorologiya Xidməti açıqladı
Abşeron yarımadasında fasiləli və intensiv yağışlar gözlənilir.
BAKI, 19 dekabr — Sputnik. Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarda arabir yağıntılı olacağ gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub. Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Qobustan, Şəki, Oğuz, Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan, Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yağıntı axşama doğru tədricən kəsiləcək.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə isə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 6-9°, dağlarda 0-3° şaxta olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.