https://sputnik.az/20241219/azerbaycanda-sagirdler-psixometrik-testden-kecirilecek-469515268.html
Azərbaycanda şagirdlər psixometrik testdən keçiriləcək
Azərbaycanda şagirdlər psixometrik testdən keçiriləcək
Sputnik Azərbaycan
Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq. 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T14:18+0400
2024-12-19T14:18+0400
2024-12-19T14:18+0400
şagird
təhsil
məleykə abbaszadə
psixoloji
psixoloji yardım
karyera
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_0:0:3071:1728_1920x0_80_0_0_4e364fdbe13bb20ed459bf9ae4631e1b.jpg
BAKI, 19 dekabr — Sputnik. "Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib. "Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək", - o vurğulayıb. Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: "Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq". Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq. Xatırladaq ki, hələ ötən il Bakı məktəblilərinin psixoloji durumunun monitorinqininin aparılacağı barədə məlumat yayılmışdı. Həmin məlumata görə, monitorinqin nəticələrinə əsasən şagirdlərin psixoloji pasportu hazırlanacaqdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_340:0:3071:2048_1920x0_80_0_0_afa3f6f9ae96f83dfedabcb5ed6ed1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird, məleykə abbaszadə, psixoloji, psixoloji yardım, karyera
şagird, məleykə abbaszadə, psixoloji, psixoloji yardım, karyera
Azərbaycanda şagirdlər psixometrik testdən keçiriləcək
Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.
BAKI, 19 dekabr — Sputnik. "Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.
"Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək", - o vurğulayıb.
Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: "Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq".
Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.
Xatırladaq ki, hələ ötən il Bakı məktəblilərinin psixoloji durumunun monitorinqininin aparılacağı barədə məlumat yayılmışdı. Həmin məlumata görə, monitorinqin nəticələrinə əsasən şagirdlərin psixoloji pasportu hazırlanacaqdı.