https://sputnik.az/20241219/azerbaycan-xn-den-fransa-sefirinin-sozlerine-sert-cavab-469519560.html
Azərbaycan XİN-dən Fransa səfirinin sözlərinə sərt cavab
Azərbaycan XİN-dən Fransa səfirinin sözlərinə sərt cavab
Sputnik Azərbaycan
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə... 19.12.2024, Sputnik Azərbaycan
2024-12-19T15:22+0400
2024-12-19T15:22+0400
2024-12-19T15:22+0400
azərbaycan xin
ayxan hacızadə
x sosial şəbəkəsi
fransa
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_0:0:2000:1125_1920x0_80_0_0_8331ebcd7c20b4cd126cb17b406c00cf.jpg
BAKI, 19 dekabr — Sputnik. Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib. O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür, yeni üsuldur: "Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir". A.Hacızadə vurğulayıb ki, real göstərici isə əslində, budur: "Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb. 2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər olub". Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu gün öz "X" hesabında paylaşım edərək bildirib ki, Azərbaycandan Fransa səfirliyinə bu il viza müraciətlərinin sayı artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_125:0:1898:1330_1920x0_80_0_0_e5602988b1bd40c33b569692b7a4378f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ayxan hacızadə, x sosial şəbəkəsi, fransa
azərbaycan xin, ayxan hacızadə, x sosial şəbəkəsi, fransa
Azərbaycan XİN-dən Fransa səfirinin sözlərinə sərt cavab
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür, yeni üsuldur.
BAKI, 19 dekabr — Sputnik. Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.
O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür, yeni üsuldur:
"Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir".
A.Hacızadə vurğulayıb ki, real göstərici isə əslində, budur:
"Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb. 2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər olub".
Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu gün öz "X" hesabında paylaşım edərək bildirib ki, Azərbaycandan Fransa səfirliyinə bu il viza müraciətlərinin sayı artıb.