Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB sədri vaksinasiya ilə bağlı əhaliyə çağırış edib

© AP Photo / Rogelio V. SolisPeyvənd, arxiv
Peyvənd, arxiv - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Bildirilib ki, vaksinasiya ilə bağlı kifayət qədər müraciət var. Əhalinin demək olar böyük hissəsi artıq peyvənd olunub.
BAKI, 18 dekabr — Sputnik. Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
© Sputnik TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov
 TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov  - Sputnik Azərbaycan, 1920, 18.12.2024
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov
V.Qurbanov bildirib ki, vaksinasiya ilə bağlı kifayət qədər müraciət var:

"Əhalinin demək olar böyük hissəsi artıq peyvənd olunub. Buradan bir daha çağırış edirəm ki, qripə qarşı vaksinasiya kəskin respirator virus infeksiyalarına yoluxma ehtimalını azaldır. Yoluxma baş versə belə, xəstəliyi yüngül formada keçirəcəklər. Tövsiyə edərdim ki, kim vaksinasiya prosesindən kənar qalıbsa peyvənd olunsun".

Sədr əlavə edib ki, qızılcaya yoluxma halı kəskin azalıb:
"Say artımı ilə əlaqəli pasiyentlər Məhəmmədidə yerləşən modul tipli xəstəxanada müalicə olunurdu. Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0