https://sputnik.az/20241218/tebb-ehali-muracietlerinin-sayini-aciqladi-469493610.html
Əhali TƏBİB-in müəssisələrinə 24,2 milyon dəfə müraciət edib
Əhali TƏBİB-in müəssisələrinə 24,2 milyon dəfə müraciət edib
Sputnik Azərbaycan
Vüqar Qurbanov bildirib ki, tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T18:03+0400
2024-12-18T18:03+0400
2024-12-18T18:05+0400
təbib
səhiyyə
işə qəbul
müraciət
xəstə
müəssisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_0:0:3072:1728_1920x0_80_0_0_a3665ecb9ad3dc3bbef0ae9dca82e935.jpg
BAKI, 21 dekabr — Sputnik. Bu il TƏBİB-in tabeli tibb müəssisələrinə 24,2 milyon müraciət qeydə alınıb, 83,2 milyon xidmət göstərilib. AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Səhiyyə İdarəçiləri Zirvəsi 2024"-ün "Səhiyyədə yeni imkanlar" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. "Bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir", - V.Qurbanov deyib.Qurum rəhbəri onu da bildirib ki, hazırda işə qəbul prosesində müasir tendensiyalara, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_341:0:3072:2048_1920x0_80_0_0_5ad87394dc8228158167d5f43b02faf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbib, işə qəbul, müraciət, xəstə, müəssisə, azərbaycan
təbib, işə qəbul, müraciət, xəstə, müəssisə, azərbaycan
Əhali TƏBİB-in müəssisələrinə 24,2 milyon dəfə müraciət edib
18:03 18.12.2024 (Yenilənib: 18:05 18.12.2024) Vüqar Qurbanov bildirib ki, tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir.
BAKI, 21 dekabr — Sputnik. Bu il TƏBİB-in tabeli tibb müəssisələrinə 24,2 milyon müraciət qeydə alınıb, 83,2 milyon xidmət göstərilib.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Səhiyyə İdarəçiləri Zirvəsi 2024"-ün "Səhiyyədə yeni imkanlar" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
"Bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir", - V.Qurbanov deyib.
Qurum rəhbəri onu da bildirib ki, hazırda işə qəbul prosesində müasir tendensiyalara, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük verilir.
"2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib", - deyə V.Qurbanov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.