CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 dekabr – FOTO

© Sputnik / Elnur Salayev18 dekabr
18 dekabr  - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 dekabr — Sputnik. Dekabrın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 18-də kimlər anadan olub?
Cozef Tomson (1856-1940) - ingilis fizikidir. O, 1906-cı ildə fizika üzrə Nobel mükafatı laureatıdır.
Frans Ferdinand (1863-1914) - Avstriya hersoqudur. Onun ölümü formal olaraq 1914-cü il iyunun 28-də Birinci Dünya Müharibəsinin başlanmasına bəhanə olub.
© Getty Images / BettmannFrans Ferdinand
getty - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Frans Ferdinand
Yuri Nikulin (1921-1997) - Rusiya aktyoru, kloun, teleaparıcı və SSRİ xalq artistidir. Onun iştirakı ilə "I əməliyyatı" və Şurikin digər macəraları, "Brilyant əl", "Qafqaz əsiri", "12 stul", "Andrey Rublyov", "İyirmi gün müharibəsiz" və s. filmləri ilə hələ də çox məşhurdur.
© SputnikYuri Nikulin
Артист Юрий Никулин в роли Горбункова в фильме Бриллиантовая рука - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Yuri Nikulin
Stiven Spilberq (1946) - amerikalı kinorejissor, ssenarist, prodüser, müasir blokbasterin pioneri və dünya kinosu tarixində kommersiya baxımından ən uğurlu rejissordur.
© Richard Shotwell / Invision / APStiven Spilberq
Stiven Spilberq - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Stiven Spilberq
Bred Pitt (1963) - amerikalı aktyor və prodüserdir. O, "Oskar", "Qızıl Qlobus" və digər mükafatların laureatıdır.
© Jordan Strauss / Invision / APBred Pitt
Bred Pitt - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Bred Pitt
Dekabrın 18-də dünyada baş verən tarixi hadisələr
1953-cü ildə ilk dəfə ABŞ-da hazırlanmış NTSC sistemindən istifadə edərək rəngli televiziya yayımı başlayıb.
1958-ci ildə ABŞ dünyanın ilk "SCORE" rabitə peykini orbitə çıxarıb.
1973-cü ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin maliyyə nazirlərinin iclasında İslam İnkişaf Bankının yaradılması haqqında bəyannamə imzalanıb. Onun əsas məqsədi üzv olan dövlətlərə və müsəlman icmalarına İslam qanunlarına uyğun olaraq iqtisadi və sosial inkişafda kömək etməkdir.
1981-ci ildə Sovetin "Tu-160" səsdən sürətli strateji bombardmançının ilk uçuşu baş tutub.
1987-ci ildə "Perl" dilinin ilk versiyası işıq üzü görüb. Bu, amerikalı proqramçı və dilçi Larri Uoll tərəfindən yaradılan yüksək səviyyəli, şərh olunan dinamik proqramlaşdırma dilidir.
1990-cı ildə BMT Baş Assambleyası miqrantların və onların ailələrinin hüquqlarını müdafiə edən beynəlxalq konvensiya qəbul edib. BMT Baş Assambleyasının qərarı ilə konvensiyanın qəbul edildiyi tarix 2000-ci ildən Beynəlxalq Miqrantlar Günü kimi qeyd olunur.
1997-ci ildə ümummilli lider Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb.
2007-ci ildə "Coğrafi obyektlərin adları haqqında" Azərbaycan Qanunu qəbul edilib.
Xəbər lenti
0