https://sputnik.az/20241218/siyarto-a-rusiya-ordusunun-cebhede-irelileyisi-ile-bagli-yeni-realligi-derk-ede-bilmir-469506490.html
Siyarto: Aİ Rusiya ordusunun cəbhədə irəliləyişi ilə bağlı yeni reallığı dərk edə bilmir
Siyarto: Aİ Rusiya ordusunun cəbhədə irəliləyişi ilə bağlı yeni reallığı dərk edə bilmir
Sputnik Azərbaycan
Nazir deyib ki, Aİ ölkələrinin böyük əksəriyyətinin bu kimi vəziyyətləri real olaraq görə bilməməsi çox üzücüdür. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T21:37+0400
2024-12-18T21:37+0400
2024-12-18T21:37+0400
rusiya prezidenti vladimir putin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
peter siyyarto
ukrayna
sülh
atəşkəs
təklif
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150247_0:160:3072:1888_1920x0_80_0_0_56a89fa289c2f86cb4d8725db952e349.jpg
BAKI, 18 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni Prezidenti Donald Trampın tezliklə gəlişi və Rusiya Silahlı Qüvvələrinin daim irəliləməsi ilə bağlı yeni reallığı dərk edə bilmir. Lakin Macarıstanın Yeni il bayramında atəşkəslə bağlı təklifi hələ də qüvvədədir, baxmayaraq ki, Ukrayna bunu rədd edib. "RİA Novosti" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.Siyasətçinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yaxınlaşması və Rusiya ordusunun hər gün nəzərəçarpacaq dərəcədə irəliləməsi və Aİ ölkələrinin böyük əksəriyyətinin də bu vəziyyəti real olaraq görə bilməməsi eyni dərəcədə üzücüdür. "Beləliklə, keyfiyyətcə yeni reallıq yaranıb, Avropada isə çoxları özlərini elə aparırlar ki, sanki bu baş verməyib", - Siyarto qeyd edib. Macarıstanın baş naziri Viktor Orban bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinə RF ilə Ukrayna arasında əsirlərin mübadiləsi və Yeni il atəşkəsi ideyasını bildirib. Bu təklif diplomatik kanallar vasitəsilə Vladimir Zelenskiyə də çatdırılıb, lakin o, Orbanın sözlərinə görə, bu təklifi "rədd edib". *Meta Rusiyada ekstremist kimi tanınıb və fəaliyyəti qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241218/orban-zelenskiye-cavab-verdi-qebul-et-ya-da-469506315.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150247_171:0:2902:2048_1920x0_80_0_0_e0c58658f16feb062903569c56b5f0cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, peter siyyarto, ukrayna, sülh, atəşkəs, təklif
rusiya prezidenti vladimir putin, peter siyyarto, ukrayna, sülh, atəşkəs, təklif
Siyarto: Aİ Rusiya ordusunun cəbhədə irəliləyişi ilə bağlı yeni reallığı dərk edə bilmir
Nazir deyib ki, Aİ ölkələrinin böyük əksəriyyətinin bu kimi vəziyyətləri real olaraq görə bilməməsi çox üzücüdür.
BAKI, 18 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni Prezidenti Donald Trampın tezliklə gəlişi və Rusiya Silahlı Qüvvələrinin daim irəliləməsi ilə bağlı yeni reallığı dərk edə bilmir. Lakin Macarıstanın Yeni il bayramında atəşkəslə bağlı təklifi hələ də qüvvədədir, baxmayaraq ki, Ukrayna bunu rədd edib. "RİA Novosti" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Təəssüf edirəm ki, Macarıstanın sülh missiyasının səylərinə baxmayaraq, Ukrayna rəhbərliyi hələ də masada olan atəşkəs ehtimalını rədd edib", - Siyarto "Facebook"* sosial şəbəkəsində yayımlanan videomüraciətdə bildirib.
Siyasətçinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yaxınlaşması və Rusiya ordusunun hər gün nəzərəçarpacaq dərəcədə irəliləməsi və Aİ ölkələrinin böyük əksəriyyətinin də bu vəziyyəti real olaraq görə bilməməsi eyni dərəcədə üzücüdür.
"Beləliklə, keyfiyyətcə yeni reallıq yaranıb, Avropada isə çoxları özlərini elə aparırlar ki, sanki bu baş verməyib", - Siyarto qeyd edib.
Macarıstanın baş naziri Viktor Orban bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinə RF ilə Ukrayna arasında əsirlərin mübadiləsi və Yeni il atəşkəsi ideyasını bildirib. Bu təklif diplomatik kanallar vasitəsilə Vladimir Zelenskiyə də çatdırılıb, lakin o, Orbanın sözlərinə görə, bu təklifi "rədd edib".
*Meta Rusiyada ekstremist kimi tanınıb və fəaliyyəti qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.