Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Orban Zelenskiyə cavab verdi: qəbul et ya da...

© AP Photo / Olivier Matthys Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Zelenski Macarıstanın baş naziri Viktor Orbanı alçaltmağa çalışaraq, onun Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etməsinə icazə verməyəcəyini deyib.
BAKI, 18 dekabr — Sputnik. Macarıstanın baş naziri Viktor Orban Vladimir Zelenskinin təhqirlərinə cavab olaraq, təxribatlara boyun əyməyəcəyini, Milad bayramı atəşkəs təklifinin hələ də qüvvədə olduğunu və bunu qəbul edib-etməməkdə məsuliyyəti Zelenskinin özü üzərinə götürməli olduğunu bildirib.
Zelenski Macarıstanın baş naziri Viktor Orbanı alçaltmağa çalışaraq, onun Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etməsinə icazə verməyəcəyini deyib.

"Biz heç bir təxribata cavab verməyəcəyik, bunu qəbul et və ya rədd et", – Orban X sosial şəbəkəsində yazıb.

© AP Photo / Julia NikhinsonUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Zelenski keçən həftə Rusiya prezidenti Vladimir Putinə Avropada "uzunmüddətli və davamlı" sülhün bərqərar olması imkanını müzakirə etmək üçün zəng etdiyi üçün Orbanı təhqir edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, macar tərəfi Kiyevdən Orban və Zelenski arasında telefon danışığı tələb edib, lakin "mədəniyyətsiz formada rədd" cavabı alıb.
Xatırladaq ki, Orban Rusiya prezidenti Vladimir Putinə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi və Milad bayramında atəşkəs ideyasını dilə gətirib, bu təklif diplomatik kanallar vasitəsilə də Vladimir Zelenskiyə çatdırılıb. Lakin Orbanın sözlərinə görə, Zelenski bu təklifi rədd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0