https://sputnik.az/20241218/sagirdi-stulla-vuran-muellim-barede-qerar-verildi-469484655.html
Şagirdi stulla vuran müəllim barədə qərar verildi
Şagirdi stulla vuran müəllim barədə qərar verildi
Sputnik Azərbaycan
İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T10:44+0400
2024-12-18T10:44+0400
2024-12-18T11:11+0400
şagird
təhsil
təhsil
müəllim
abşeron
xızı
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463219948_0:143:3380:2044_1920x0_80_0_0_c9391e330af49971f68beffd8346974f.jpg
BAKI, 18 dekabr — Sputnik. Şagirdi stulla vuran müəllim cəzalandırılıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib. Qeyd edək ki, sosial mediada Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurduğu görüntülər yayılıb. Qurumdan bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Bildirilib ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb. Təhsil eksperti Kamran Əsədov isə həmin müəllimin müdafiəsinə qalxıb: "Bütün cəmiyyət müəllimi müqəddəs sayır, amma ən müqəddəs insanı belə bezdirəcək, özündən çıxaracaq vəziyyətə gətirən şagirdlər və onların valideynləri niyə sorğulanmır? Bir uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox. Müəllimin işi öyrətməkdir, amma indi o, sinifdə sanki nizam-intizamı bərpa etməyə çalışan "hakim" roluna çevrilib". Ekspert deyib ki, öz övladına düzgün davranmağı, hörmət etməyi, məsuliyyəti öyrətməyən valideyn müəllimdən nə tələb edə bilər? Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib ki, Sumqayıt şəhərindəki 38 nömrəli məktəbdə "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463219948_206:0:2937:2048_1920x0_80_0_0_425c04275460140fee1c7502fb198e6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird, təhsil, müəllim, abşeron, xızı, sumqayıt
şagird, təhsil, müəllim, abşeron, xızı, sumqayıt
Şagirdi stulla vuran müəllim barədə qərar verildi
10:44 18.12.2024 (Yenilənib: 11:11 18.12.2024) İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
BAKI, 18 dekabr — Sputnik. Şagirdi stulla vuran müəllim cəzalandırılıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, sosial mediada Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurduğu görüntülər yayılıb. Qurumdan bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bildirilib ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
"İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb. Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - açıqlamada bildirilir.
Təhsil eksperti Kamran Əsədov isə həmin müəllimin müdafiəsinə qalxıb:
"Bütün cəmiyyət müəllimi müqəddəs sayır, amma ən müqəddəs insanı belə bezdirəcək, özündən çıxaracaq vəziyyətə gətirən şagirdlər və onların valideynləri niyə sorğulanmır? Bir uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox. Müəllimin işi öyrətməkdir, amma indi o, sinifdə sanki nizam-intizamı bərpa etməyə çalışan "hakim" roluna çevrilib".
Ekspert deyib ki, öz övladına düzgün davranmağı, hörmət etməyi, məsuliyyəti öyrətməyən valideyn müəllimdən nə tələb edə bilər?
"Siniflər idarəolunmaz vəziyyətdədir, şagirdlərin tərbiyəsi, davranışı artıq biabırçılıq həddindədir. Müəllimi günahlandırmadan öncə özünüzdən soruşun: Mən övladımı necə böyütmüşəm?", - K.Əsədov müəllimləri qınayanlara səslənib.
Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib ki, Sumqayıt şəhərindəki 38 nömrəli məktəbdə "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.