https://sputnik.az/20241218/rusiyada-generali-olduren-sexs-saxlanildi-469486367.html
Rusiyada generalı öldürən şəxs saxlanıldı
Rusiyada generalı öldürən şəxs saxlanıldı
Sputnik Azərbaycan
FTX-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T10:53+0400
2024-12-18T10:53+0400
2024-12-18T10:54+0400
rusiya
rusiya
general
qətl
rusiya federal təhlükəsizlik xidməti
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/12/469486196_0:0:3072:1728_1920x0_80_0_0_7d147a98d4b57e197bfef8aec5df8128.jpg
BAKI, 18 dekabr — Sputnik. Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə qoşunlarının rəhbəri olan Kirillovun öldürülməsi üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs saxlanılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətininnin Mərkəzi Əməliyyat İdarəsi məlumat yayıb. FTX-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib. Onların tapşırığı ilə Moskvaya gələn təqsirləndirilən şəxs, evdə hazırlanmış partlayıcı qurğu əldə edib və onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə yerləşdirib. "Generalın yaşadığı ünvana nəzarət etmək üçün o, avtomobil icarəyə götürüb və orada Wi-Fi videokamera quraşdıraraq görüntünü Dneprdəki (Ukrayna) təşkilatçılara ötürüb. Zabitlərin girişdən çıxması barədə video siqnal aldıqdan sonra partlayıc qurğu uzaqdan işə salınıb", - FTX qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241218/generalin-qetli-kiyevin-cinayetlerine-qerbin-raziliginin-neticesidir---zaxarova-469483804.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/12/469486196_258:0:2989:2048_1920x0_80_0_0_fadd36f28d5c2e82512e4b8c8d581a66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, general, qətl, rusiya federal təhlükəsizlik xidməti, ukrayna
rusiya, general, qətl, rusiya federal təhlükəsizlik xidməti, ukrayna
Rusiyada generalı öldürən şəxs saxlanıldı
10:53 18.12.2024 (Yenilənib: 10:54 18.12.2024) FTX-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib.
BAKI, 18 dekabr — Sputnik. Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə qoşunlarının rəhbəri olan Kirillovun öldürülməsi üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs saxlanılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətininnin Mərkəzi Əməliyyat İdarəsi məlumat yayıb.
"Rusiya Federasiyasının FTX əməkdaşları Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində partlayışı törədən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşını müəyyən edib və saxlayıblar. Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində Radiasiya, Kimyəvi və Bioloji Mühafizə qoşunlarının rəhbəri 1970-ci il təvəllüdlü Rusiya Federasiyası general-leytenantı İqor Kirillov və onun köməkçisi 1983-cü il təvəllüdlüdü mayor Polikarpovhəyatını itirib", - məlumatda deyilir.
FTX-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib. Onların tapşırığı ilə Moskvaya gələn təqsirləndirilən şəxs, evdə hazırlanmış partlayıcı qurğu əldə edib və onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə yerləşdirib.
"Generalın yaşadığı ünvana nəzarət etmək üçün o, avtomobil icarəyə götürüb və orada Wi-Fi videokamera quraşdıraraq görüntünü Dneprdəki (Ukrayna) təşkilatçılara ötürüb. Zabitlərin girişdən çıxması barədə video siqnal aldıqdan sonra partlayıc qurğu uzaqdan işə salınıb", - FTX qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.