https://sputnik.az/20241218/generalin-qetli-kiyevin-cinayetlerine-qerbin-raziliginin-neticesidir---zaxarova-469483804.html
Generalın qətli Kiyevin cinayətlərinə Qərbin razılığının nəticəsidir - Zaxarova
Generalın qətli Kiyevin cinayətlərinə Qərbin razılığının nəticəsidir - Zaxarova
Sputnik Azərbaycan
Bir gün əvvəl səhər saatlarında RF Silahlı Qüvvələrinin RKBMQ qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi qətlə yetirilib. Faktla... 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T09:58+0400
2024-12-18T09:58+0400
2024-12-18T09:58+0400
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
general
qətl
sifariş
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467509399_0:0:3001:1688_1920x0_80_0_0_225612b3b264db6881894372b0fbb491.jpg
BAKI, 18 dekabr - Sputnik. Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin (RKBMQ) rəisi İqor Kirillovun qətli Qərbin Kiyevin hərbi cinayətlərini bəyənməsinin nəticəsidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.RF İstintaq Komitəsinin məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində evin girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. RF Silahlı Qüvvələrinin RKBMQ qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüb. Faktla bağlı terrorizm, adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi araşdırılır.Diplomat qeyd edib ki, Kirillov iki il yarım əvvəl Kiyev rejiminin bir çox digər qurbanlarının yerləşdiyi Ukraynanın “Sülhməramlı” saytının məlumat bazasına daxil edilib.XİN rəsmisi RİA Novosti-yə bildirib ki, Vaşinqtonun Rusiya Silahlı Qüvvələrinin RKBMQ qoşunlarının rəisi general-leytenant İqor Kirillovun qətlində iştirak etməməsi ilə bağlı bəyanatı gülüncdür, çünki ABŞ Kiyev rejimini yaradıb və ona sponsorluq edir.Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, Kirillovun ölümü ilə nəticələnən Moskvada baş verən terror aktı ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467509399_176:0:2907:2048_1920x0_80_0_0_340b49a66955221a6463ee82c5b0fe06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, general, qətl, sifariş
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, general, qətl, sifariş
Generalın qətli Kiyevin cinayətlərinə Qərbin razılığının nəticəsidir - Zaxarova
Bir gün əvvəl səhər saatlarında RF Silahlı Qüvvələrinin RKBMQ qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi qətlə yetirilib. Faktla bağlı terrorizm, adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi aaparılır.
BAKI, 18 dekabr - Sputnik. Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin (RKBMQ) rəisi İqor Kirillovun qətli Qərbin Kiyevin hərbi cinayətlərini bəyənməsinin nəticəsidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
RF İstintaq Komitəsinin məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində evin girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. RF Silahlı Qüvvələrinin RKBMQ qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüb. Faktla bağlı terrorizm, adam öldürmə və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi araşdırılır.
“Moskvadakı terror aktı bütün bu illər ərzində Kiyev rejimi yaraqlılarının hərbi cinayətlərini Qərbin təsdiqləməsi spiralının davamı və inkişafı idi”, - Zaxarova Telegram kanalında yazıb.
Diplomat qeyd edib ki, Kirillov iki il yarım əvvəl Kiyev rejiminin bir çox digər qurbanlarının yerləşdiyi Ukraynanın “Sülhməramlı” saytının məlumat bazasına daxil edilib.
“Biz artıq uzun illərdir ki, bu barədə həyəcan təbili çalırıq, lakin ABŞ-ın satellitləri susur. Və “Sülhməramlı” veb-saytı ABŞ tərəfindən dəstəklənir. Bir vaxtlar Şimali Qafqazda fəaliyyət göstərən terrorçuların yerləri Şimali Avropada necə yerləşirdiyi kimi", - Zaxarova vurğulayıb.
XİN rəsmisi RİA Novosti-yə bildirib ki, Vaşinqtonun Rusiya Silahlı Qüvvələrinin RKBMQ qoşunlarının rəisi general-leytenant İqor Kirillovun qətlində iştirak etməməsi ilə bağlı bəyanatı gülüncdür, çünki ABŞ Kiyev rejimini yaradıb və ona sponsorluq edir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, Kirillovun ölümü ilə nəticələnən Moskvada baş verən terror aktı ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur.
“Kiyev rejimini yaradanların, ona sponsorluq edənlərin, pul verənlərin və nəzarətsiz şəkildə silah tədarük edənlərin bu hadisədə iştiraklarının olmadığını dinləmək gülüş doğurur. Sübut göz qabağındadır - Vaşinqton heç vaxt Kiyev rejimi tərəfindən törədilmiş bir terror aktını və ya planlaşdırılan qətli pisləməyib”, - Zaxarova deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.