https://sputnik.az/20241218/prezident-korpunun-tikintisine-10-milyon-manata-yaxin-pul-ayirdi-469498037.html
Prezident körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırdı
Prezident körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırdı
Sputnik Azərbaycan
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T22:49+0400
2024-12-18T22:49+0400
2024-12-18T22:49+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
saray qəsəbəsi
xırdalan
körpü
qəza
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436760936_0:160:3072:1888_1920x0_80_0_0_a4d484565045da84d1476bad475712c4.jpg
BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyev "Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib, məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur. Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir. Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək. 522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək. Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinə birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir. Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Nəqliyyatı Əlaqələndirmə Şurasında Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" QSC-lər təmsil olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436760936_171:0:2902:2048_1920x0_80_0_0_c3ebf46d385686f7c6977afb2b6ee1e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, saray qəsəbəsi, xırdalan, körpü, qəza
prezident ilham əliyev, saray qəsəbəsi, xırdalan, körpü, qəza
Prezident körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırdı
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
BAKI, 18 dekabr — Sputnik. Prezident İlham Əliyev "Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib, məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.
Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur. Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.
Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək. 522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək.
Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinə birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir.
Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Nəqliyyatı Əlaqələndirmə Şurasında Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" QSC-lər təmsil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.