https://sputnik.az/20241218/odenisli-yolda-suretli-kecid-kartinin-tetbiqine-baslanilib---video-469484507.html
Ödənişli yolda "Sürətli Keçid Kartı"nın tətbiqinə başlanılıb - Video
Ödənişli yolda "Sürətli Keçid Kartı"nın tətbiqinə başlanılıb - Video
Sputnik Azərbaycan
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm "Sürətli Keçid Kartı" əldə edərək, eyni zamanda keçid məntəqələrində... 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T11:37+0400
2024-12-18T11:37+0400
2024-12-18T11:37+0400
yol
cəmiyyət
bakı
quba
aayda
rusiya
bank
kart
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42251/96/422519616_0:0:2001:1125_1920x0_80_0_0_7e30dd39e44306b49e55059238e154d2.jpg
BAKI, 18 dekabr — Sputnik. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün "Sürətli Keçid Kartı"nın tətbiqinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, "Sürətli Keçid Kartı"nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür. "Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm "Sürətli Keçid Kartı" əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız "Sürətli Keçid Kartı" sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən "Sürətli Keçid Kartı"nı əldə etmələri xahiş olunur", - agentlik bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/96/422519616_0:0:1773:1330_1920x0_80_0_0_6f4b412601cb7509154125c1042feeea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yol, bakı, quba, aayda, rusiya, bank, kart, azərbaycan
yol, bakı, quba, aayda, rusiya, bank, kart, azərbaycan
Ödənişli yolda "Sürətli Keçid Kartı"nın tətbiqinə başlanılıb - Video
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm "Sürətli Keçid Kartı" əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür.
BAKI, 18 dekabr — Sputnik. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün "Sürətli Keçid Kartı"nın tətbiqinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, "Sürətli Keçid Kartı"nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.
"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm "Sürətli Keçid Kartı" əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız "Sürətli Keçid Kartı" sahiblərinin istifadə etməsi nəzərdə tutulur.
Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən "Sürətli Keçid Kartı"nı əldə etmələri xahiş olunur", - agentlik bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.