Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mişustin: RF üçün MDB ölkələri və Aİİ ilə gələcək qarşılıqlı əlaqələrin inkişafı vacibdir

© Sputnik / Александр Астафьев / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Aİİ çərçivəsində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
BAKI, 18 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi öz səmərəliliyini və ona tələbat olduğunu sübut edib. Rusiyanın ən yaxın qonşuları ilə praktiki qarşılıqlı əlaqəni inkişaf etdirməsi vacibdir.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin bazar ertəsi baş nazirlərin müavinləri ilə görüşündə bildirib.
Baş nazir MDB Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarına yekun vurub.

"Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı öz effektivliyini və aktuallığını sübut edib. Bunlar regionumuzda əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformalardır. Əlbəttə ki, hamımız yaxın qonşularımızla daha da praktik qarşılıqlı əlaqəni inkişaf etdirməli və fəaliyyət sahəmizi genişləndirməliyik. Bu, bütün iştirakçıların maraq dairəsindədir", - Mişustin bildirib.

Hökumət başçısı baş nazirin müavinlərinə rəhbərlik etdikləri sənaye sahələrində sazişlərin icrasına nəzarət etməyi tapşırıb.
MDB Hökumət Başçıları Şurasının iclasında Rusiyanın Birlikdə sədrliyinin yekunlarına yekun vurulub. Humanitar gündəm, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, nəqliyyat kompleksinin rəqəmsal transformasiyası, mülki gəmiqayırmanın inkişafı və müvafiq komponentlərin istehsalı məsələləri müzakirə edilib.

Bundan əlavə, 2025-ci il MDB məkanında Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi - nasizmə qarşı mübarizədə Sülh və Birlik İli elan ediləcək. Mişustin qeyd edib ki, bu, humanitar əməkdaşlıq sahəsində prioritet fəaliyyət planını nəzərdə tutur.

Rusiyanın baş naziri əlavə edib ki, Aİİ çərçivəsində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin etmək üçün işlər davam etdirilir. İnteqrasiya potensialının tam üzə çıxarılması üçün bir sıra qərarlar qəbul edilib. Rusiya Federasiyasının Baş naziri qeyd edib ki, onlardan biri birgə əməkdaşlıq layihələri çərçivəsində beş ölkənin biznesinə yardıma aiddir.
Xəbər lenti
0