Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın iclası keçiriləcək

© Photo : State Border ServiceSərhəd
Sərhəd - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
M.Qriqoryan tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətə onların nəticələri ilə bağlı informasiyanın çatdırıldığını xatırladıb.
BAKI, 18 dekabr — Sputnik. Yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın növbəti iclası baş tutacaq.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.
O, açıqlamasında Ermənistanın Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər təqdim etdiyini, lakin rəsmi cavab alınmadan bu təkliflərin detalları haqqında danışmağı məqsədəuyğun hesab etmədiyini qeyd edib.
M.Qriqoryan tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətə onların nəticələri ilə bağlı informasiyanın çatdırıldığını xatırladıb:

"Bundan artıq heç nə deyə bilmirəm, çünki bizim aramızda müvafiq razılaşma var. Yalnız onu deyə bilərəm ki, bu razılaşmaya əməl edirik və bu, çox yaxşıdır. Mən düşünürəm ki, yaxın vaxtlarda növbəti görüş baş tutacaq. Lakin onun vaxtı ilə bağlı heç nə deyə bilmərəm. Sualınıza da ona görə cavab verirəm ki, prosesin dayandığını düşünməyəsiniz. Bu proses davam edir. Bizim aramızda razılaşma var idi ki, reqlament qüvvəyə mindikdən sonra görüşüb birgə fəaliyyəti davam etdirək".

"Eyni zamanda, regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqların getdiyini də deyə bilməyəcəyəm. Sadəcə onu söyləyə bilərəm ki, qarşı tərəfə təqdim etdiyimiz təkliflərə cavab gözləyirik", - o deyib.
Xatırladaq ki, bundan öncə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
© Sputnik / Murad OrujovŞahin Mustafayev
Заседание межправкомиссии АР и РФ - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Şahin Mustafayev
Bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşünün yekunları üzrə məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər, növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0