Bu vəhşiliklərdə əli olan hər kəs cavab verəcək - Zaxarovadan sərt reaksiya

© Sputnik / Сергей БобылевRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi deyib ki, bu fakt Ukraynanın beynəlxalq qaydalara uyğun olaraq utilizasiya olunmayan kimyəvi silahlara malik olduğunu göstərir.
BAKI, 18 dekabr — Sputnik. Rusiya hüquq-mühafizə orqanları Rusiya Müdafiə Nazirliyi ilə birlikdə sentyabr ayında Ukrayna Silahlı Qüvvələri tərəfindən ağ fosforlu döyüş sursatından dəfələrlə istifadə edilməsinə dair sübutlar əldə edib, bu, Kiyevdə müvafiq qaydada utilizasiya olunmayan kimyəvi silahların olmasını göstərir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, beynəlxalq aktlarla bu vəhşiliklərdə əli olan hər kəs cavab verəcək.
Onun sözlərinə görə, bu fakt Ukraynanın beynəlxalq qaydalara uyğun olaraq utilizasiya olunmayan kimyəvi silahlara malik olduğunu, həmçinin yüksək zəhərli fosfor tərkibli zəhərli maddələrin sintezinin mümkünlüyünü göstərir.

"Ukronasistlərin istifadə etdiyi ağ fosforla doldurulmuş yandırıcı döyüş sursatları Cenevrə Konvensiyasının 3-cü Protokolu ilə qadağandır. Bu vəhşiliklər və onlarla məşğul olanlar mütləq qanun çərçivəsində cəzalandırılacaqlar", - Zaxarova bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0