https://sputnik.az/20241218/belediyye-seckilerinde-263-neferin-namizedliyi-qeyde-alinib-469503121.html
Bələdiyyə seçkilərində 263 nəfərin namizədliyi qeydə alınıb
Bələdiyyə seçkilərində 263 nəfərin namizədliyi qeydə alınıb
Sputnik Azərbaycan
Sabah Mərkəzi Seçki Komissiyasında (MSK) bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T20:39+0400
2024-12-18T20:39+0400
2024-12-18T20:39+0400
bələdiyyə
azərbaycan xəbərləri
seçki
məzahir pənahov
namizəd
msk
bildiriş
https://cdnn1.img.sputnik.az/img/42268/38/422683883_0:82:2000:1207_1920x0_80_0_0_28909ceb200cc21e67d026d1c667bb16.jpg
BAKI, 18 dekabr — Sputnik. Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. Komissiya sədri qeyd edib ki, prosesdə hələlik heç bir qanun pozuntusu qeyd alınmayıb:MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib. İclasda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair Bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün MSK tərəfindən 6 milyon 52 min 721 min bildiriş çap olunacaq. Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42268/38/422683883_0:0:1774:1330_1920x0_80_0_0_5476eaa2c78840600ce314d245b53e68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bələdiyyə, seçki, məzahir pənahov, namizəd, msk, bildiriş
bələdiyyə, seçki, məzahir pənahov, namizəd, msk, bildiriş
Bələdiyyə seçkilərində 263 nəfərin namizədliyi qeydə alınıb
Sabah Mərkəzi Seçki Komissiyasında (MSK) bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək.
BAKI, 18 dekabr — Sputnik. Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Komissiya sədri qeyd edib ki, prosesdə hələlik heç bir qanun pozuntusu qeyd alınmayıb:
"685 bələdiyyəyə üzvlər seçilir. 5734 seçki məntəqəsi üzrə 5 milyon 876 mindən çox seçici səsvermədə iştirak edəcək. 263 nəfərin namizədliyi artıq qeydə alınıb. Seçki prosesində qeydə alına biləcək bütün pozuntuları ciddi qiymətləndirəcəyik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün müvafiq addımlar atılacaq. Siyasi partiyaların seçkilərdə öz namizədləri ilə iştirakını, tərəfdarlarını səsverməyə dəvət etmələrini arzulayırıq".
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib.
İclasda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair Bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün MSK tərəfindən 6 milyon 52 min 721 min bildiriş çap olunacaq.
Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.