CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Balakən istiqamətində vaqonlar restavrasiya edilib - Rəsmi açıqlama

© Photo : Azerbaijan RailwaysQatar, arxiv
Qatar, arxiv - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Qurumun rəisi bildirib ki, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.
BAKI, 18 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.
Xatırladaq ki, ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8 milyondan çox sərnişin daşıyıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0