Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri azaldılıb

© Photo : Ministry of Agriculture (Azerbaijan)Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəkləri
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəkləri - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan 73-117 manata endirilib.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri endirilib. Bu barədə Aqrar Sığorta Fondundan bildirilib.
İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2%-i arasında dəyişirdi. Fondun İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10% aşağı salınıb. Nəticədə tariflər iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırdabuynuzlu heyvanlar üçün isə 4,65-7,37%-ə endirilib.
Nəticədə, indiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.
Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər.
Dəyişikliklər nəticəsində xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox - 10% aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2% arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4%-ə endirilib.
Nəticədə, indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.
Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq hallarından sığortalayır.
Aqrar Sığorta Fondu haqqında
Aqrar Sığorta Fondu 2019-cu ildə təsis edilib. "Aqrar sığorta haqqında" qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0