https://sputnik.az/20241218/a-ve-ndoneziya-arasinda-sazisin-imzalanacagi-son-tarix-aciqlanib-469506229.html
Aİİ və İndoneziya arasında sazişin imzalanacağı son tarix açıqlanıb
Aİİ və İndoneziya arasında sazişin imzalanacağı son tarix açıqlanıb
Sputnik Azərbaycan
Saziş Rusiya və İndoneziya arasında ticarət sahəsində əlaqələri gücləndirəcək. 18.12.2024, Sputnik Azərbaycan
2024-12-18T18:18+0400
2024-12-18T18:18+0400
2024-12-18T18:18+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
indoneziya
danışıqlar
azad
ticarət
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463951177_0:161:3071:1888_1920x0_80_0_0_ef7f97b1b3f612ee8a177fa196190354.jpg
BAKI, 18 dekabr - Sputnik. İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonasının (STA) yaradılması haqqında saziş təsdiqlənmənin son mərhələsindədir və 2025-ci ildə bağlana bilər. Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Antonio Morato Tavareş deyib.Diplomatın sözlərinə görə, bu sazişin bağlanması Rusiya Federasiyası ilə İndoneziya arasında ticarət sahəsində əlaqələri gücləndirəcək. Bundan əvvəl Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov bildirmişdi ki, Aİİ və İndoneziya arasında azad ticarət zonasının yaradılmasına dair saziş üzərində iş ilin sonuna qədər başa çatdırıla bilər.İyul ayında Rusiya prezidenti Vladimir Putin İndoneziyanın seçilmiş prezidenti, müdafiə naziri Prabovo Subianto ilə görüşərək, Aİİ ilə İndoneziya arasında imzalanmağa faktiki hazır olan azad ticarət sazişinin iki ölkə arasında münasibətlərin, ticarətin inkişafında mühüm rol oynayacağını bildirib.İndoneziya ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin mayında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların birinci, ikinci, üçüncü və dördüncü raundları müvafiq olaraq 2023-cü ilin aprel, iyul, dekabr aylarında və 2024-cü ilin mart aylarında baş tutub. Beşinci tur iyulda İndoneziyanın Batu şəhərində baş tutub.Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463951177_170:0:2901:2048_1920x0_80_0_0_f1f31df08568107a32bbb1c73d0378a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avrasiya iqtisadi ittifaqı, indoneziya, danışıqlar, azad, ticarət
avrasiya iqtisadi ittifaqı, indoneziya, danışıqlar, azad, ticarət
Aİİ və İndoneziya arasında sazişin imzalanacağı son tarix açıqlanıb
Saziş Rusiya və İndoneziya arasında ticarət sahəsində əlaqələri gücləndirəcək.
BAKI, 18 dekabr - Sputnik. İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonasının (STA) yaradılması haqqında saziş təsdiqlənmənin son mərhələsindədir və 2025-ci ildə bağlana bilər. Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Antonio Morato Tavareş deyib.
“Artıq danışıqların beş raundu keçib, onlar həm Rusiyada, həm də İndoneziyada olublar. Mən tam əminəm ki, gələn il azad ticarət sazişləri bağlanacaq”, - deyə səfir bildirib.
Diplomatın sözlərinə görə, bu sazişin bağlanması Rusiya Federasiyası ilə İndoneziya arasında ticarət sahəsində əlaqələri gücləndirəcək. Bundan əvvəl Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov bildirmişdi ki, Aİİ və İndoneziya arasında azad ticarət zonasının yaradılmasına dair saziş üzərində iş ilin sonuna qədər başa çatdırıla bilər.
İyul ayında Rusiya prezidenti Vladimir Putin İndoneziyanın seçilmiş prezidenti, müdafiə naziri Prabovo Subianto ilə görüşərək, Aİİ ilə İndoneziya arasında imzalanmağa faktiki hazır olan azad ticarət sazişinin iki ölkə arasında münasibətlərin, ticarətin inkişafında mühüm rol oynayacağını bildirib.
İndoneziya ilə danışıqlara başlamaq qərarı 2022-ci ilin mayında Ali Avrasiya İqtisadi Şurası tərəfindən qəbul edilib. Danışıqların birinci, ikinci, üçüncü və dördüncü raundları müvafiq olaraq 2023-cü ilin aprel, iyul, dekabr aylarında və 2024-cü ilin mart aylarında baş tutub. Beşinci tur iyulda İndoneziyanın Batu şəhərində baş tutub.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.