DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əsəd ilk dəfə Suriyadan qaçışını şərh edib

© SANA via APBəşər Əsəd, arxiv
Bəşər Əsəd, arxiv - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Abunə olmaq
Suriyanın keçmiş rəhbəri dekabrın 8-i səhər saatlarına qədər Dəməşqdə qaldığını bildirib.
BAKI, 17 dekabr — Sputnik. Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd ölkədən qaçışını ilk dəfə şərh edərək, dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığını bildirib.
Bu barədə "RİA Novosti" xəbər verib.
Əsəd əlavə edib ki, o, həmin gün axşam saatlarında Suriya ərazisini tərk edib.
Eks-prezident bildirib ki, müxalifətin hücum etdiyi günlərdə o, istefa vermək və başqa ölkələrdən sığınacaq istəmək fikrində olmayıb. Əsəd paytaxtın süqutunu Dəməşqdən yollandığı Xmeymimdə öyrənib.
Xatırladaq i, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər. "Reuters"in verdiyi məlumata görə, Suriya ordusunun komandanlığı Prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini" açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsini tərk etmək qərarına gəldiyini və "hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək" Suriyanı tərk etdiyini bildirib. Daha sonra Suriyanın eks-prezidentinin ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyi məlum olub. Kremldən bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin şəxsən Bəşər Əsədə sığınacaq vermək qərarına gəlib.
Bu yaxınlarda "FT" Əsədin Rusiyaya iki ton dollar və avro apardığını yazıb.
Xəbər lenti
0