Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

Abunə olmaq
Bu ilin on ayı ərzində Azərbaycan məhsullarının Rusiyaya ixracı 1,2% artıb. İki ölkə arasında ticarət dövriyyəsi haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Cari ilin yanvar-oktyabr aylarının yekunlarına əsasən, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 14,5% artaraq 3,942 milyard dollar təşkil edib.
Ötən ilin eyni dövründə iki ölkə arasında ticarət dövriyyəsi 3,443 milyard dollar olub.
Bu ilin on ayı ərzində Azərbaycan məhsullarının Rusiyaya ixracı 1,2% artaraq 972,5 milyon dollar təşkil edib. Eyni zamanda, Azərbaycan Rusiyadan mal idxalını 19,7% artıraraq 2,97 milyard dollara çatdırıb.
Rusiya 2024-cü ilin 10 ayının nəticələrinə görə, Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin 10,01%-ni Rusiya Federasiyası ilə ticarət əməliyyatları təşkil edib.
Xatırladaq ki, ötən ilin yekunlarına əsasən, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5% artaraq 4,358 milyard dollara çatıb.
Xəbər lenti
0