CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda doğum azalıb

© AP Photo / Teresa CrawfordYeni doğulmuş körpə, arxiv
Yeni doğulmuş körpə, arxiv - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Abunə olmaq
Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.
BAKI, 17 dekabr — Sputnik. İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 37 min 766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 218 min 536 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Həmçinin Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.
Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i üçəm, 4-ü isə dördəm doğulub.
Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49 min 36 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.
Xəbər lenti
0