https://sputnik.az/20241216/vizalarin-qarsiliqli-taninmasi-haqqinda-sazisin-quvveye-mineceyi-tarix-aciqlandi-469455352.html
Vizaların qarşılıqlı tanınması haqqında sazişin qüvvəyə minəcəyi tarix açıqlandı
Vizaların qarşılıqlı tanınması haqqında sazişin qüvvəyə minəcəyi tarix açıqlandı
Sputnik Azərbaycan
Keçən il Belarusun idman və turizm nazirinin müavini Oleq Andreyçik Rusiya ilə vizaların qarşılıqlı tanınması haqqında sazişin 2024-cü ildə qüvvəyə minəcəyini... 16.12.2024, Sputnik Azərbaycan
2024-12-16T20:28+0400
2024-12-16T20:28+0400
2024-12-16T20:28+0400
viza
dünya xəbərləri
aleksey overçuk
belarus
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/10/469455182_0:166:3053:1883_1920x0_80_0_0_9fc95f6aa1230cf595eb12226f7f930c.jpg
BAKI, 16 dekabr — Sputnik. Rusiya və Belarus arasında vizaların qarşılıqlı tanınması haqqında saziş 2025-ci il yanvarın ortalarında qüvvəyə minəcək. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. "Qarşılıqlı fəaliyyətimizin çox mühüm aspekti vizaların qarşılıqlı tanınması haqqında sazişin həyata keçirilməsidir. Burada, planlaşdırdığımız kimi, yüksək səviyyəli qrup çərçivəsində dekabrın 8-dək səlahiyyətli orqanlarımız qapalı məlumat mübadiləsi kanalının sınaqlarını başa çatdırdılar", Overçuk deyib. O əlavə edib ki, ötən həftə Rusiya Xarici İşlər Nazirliyi belaruslu tərəfdaşlarına Rusiya tərəfinin bütün daxili dövlət prosedurlarını tamamladığını bildirib. "Biz keçən həftə Belarus tərəfi ilə danışdıq. Mən başa düşdüyüm kimi, Belarus da oxşar prosedurların başa çatması barədə məlumat verib. İndi sazişə uyğun olaraq, müvafiq notaların mübadiləsindən sonra saziş 30 gün ərzində qüvvəyə minməlidir, yəni 2025-ci il yanvarın ortalarında" - o, əlavə edib. Rusiya Federasiyası və Belarus hökumətləri arasında vizaların qarşılıqlı tanınması və əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin İttifaq dövləti ölkələrinin ərazilərinə gəlməsi ilə bağlı digər məsələlər haqqında Saziş 19 iyun 2020-ci il tarixində Minskdə imzalanıb. Hər iki tərəfin ratifikasiya etdiyi sənədə əsasən, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər dövlətlərdən birinin vizası əsasında və şəxsiyyəti təsdiq edən sənəd əsasında Belarus və Rusiya ərazisinə daxil olmaq, çıxmaq, qalmaq və tranzit keçmək hüququna malikdirlər. Müqavilə əcnəbilərin belə səfərlərinin şərtlərini və məlumat mübadiləsi də daxil olmaqla, ölkələrin riayət etməli olduqları prosedurları müəyyən edir. Keçən ilin noyabrında Belarusun idman və turizm nazirinin müavini Oleq Andreyçik bildirmişdi ki, Belarus və Rusiya Federasiyası arasında vizaların qarşılıqlı tanınması haqqında saziş 2024-cü ildə qüvvəyə minəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/10/469455182_162:0:2893:2048_1920x0_80_0_0_6826d4e9d2bbdafc6b50c5a10a6a2a6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
viza, aleksey overçuk, belarus, rusiya
viza, aleksey overçuk, belarus, rusiya
Vizaların qarşılıqlı tanınması haqqında sazişin qüvvəyə minəcəyi tarix açıqlandı
Keçən il Belarusun idman və turizm nazirinin müavini Oleq Andreyçik Rusiya ilə vizaların qarşılıqlı tanınması haqqında sazişin 2024-cü ildə qüvvəyə minəcəyini demişdi.
BAKI, 16 dekabr — Sputnik. Rusiya və Belarus arasında vizaların qarşılıqlı tanınması haqqında saziş 2025-ci il yanvarın ortalarında qüvvəyə minəcək. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Qarşılıqlı fəaliyyətimizin çox mühüm aspekti vizaların qarşılıqlı tanınması haqqında sazişin həyata keçirilməsidir. Burada, planlaşdırdığımız kimi, yüksək səviyyəli qrup çərçivəsində dekabrın 8-dək səlahiyyətli orqanlarımız qapalı məlumat mübadiləsi kanalının sınaqlarını başa çatdırdılar", Overçuk deyib.
O əlavə edib ki, ötən həftə Rusiya Xarici İşlər Nazirliyi belaruslu tərəfdaşlarına Rusiya tərəfinin bütün daxili dövlət prosedurlarını tamamladığını bildirib.
"Biz keçən həftə Belarus tərəfi ilə danışdıq. Mən başa düşdüyüm kimi, Belarus da oxşar prosedurların başa çatması barədə məlumat verib. İndi sazişə uyğun olaraq, müvafiq notaların mübadiləsindən sonra saziş 30 gün ərzində qüvvəyə minməlidir, yəni 2025-ci il yanvarın ortalarında" - o, əlavə edib.
Rusiya Federasiyası və Belarus hökumətləri arasında vizaların qarşılıqlı tanınması və əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin İttifaq dövləti ölkələrinin ərazilərinə gəlməsi ilə bağlı digər məsələlər haqqında Saziş 19 iyun 2020-ci il tarixində Minskdə imzalanıb. Hər iki tərəfin ratifikasiya etdiyi sənədə əsasən, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər dövlətlərdən birinin vizası əsasında və şəxsiyyəti təsdiq edən sənəd əsasında Belarus və Rusiya ərazisinə daxil olmaq, çıxmaq, qalmaq və tranzit keçmək hüququna malikdirlər.
Müqavilə əcnəbilərin belə səfərlərinin şərtlərini və məlumat mübadiləsi də daxil olmaqla, ölkələrin riayət etməli olduqları prosedurları müəyyən edir.
Keçən ilin noyabrında Belarusun idman və turizm nazirinin müavini Oleq Andreyçik bildirmişdi ki, Belarus və Rusiya Federasiyası arasında vizaların qarşılıqlı tanınması haqqında saziş 2024-cü ildə qüvvəyə minəcək.