CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM nəticələri açıqladı: 91 taksi sürücüsü imtahana gəlmədi

© iStock.com / hanohikiTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1 542 namizəd qeydiyyatdan keçib.
BAKI, 16 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1 268 namizəd uğur qazanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Qeyd olunub ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 542 namizəd qeydiyyatdan keçib. Onlardan 1451 namizəd imtahana gəlib. İmtahanlar elektron qaydada kompüter vasitəsilə bir saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Bildirilib ki, nəticələr sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
05.11.24, 21:24
Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib
27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir: "Namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib.
Məlum olduğu kimi, Mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır".
Qeyd edilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir: "Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış və həmin şəxslər məsuliyyətə cəlb edilmişdir".
Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır: "Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir".
Xəbər lenti
0