DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyadakı səfir Almaniya hakimiyyətini Ukraynada sülhə çağırmalıdır - Zaxarova

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölümlərə görə məsuliyyət silah tədarükünü davam etdirməklə münaqişəni gücləndirən kollektiv Qərbin çiynindədir.
BAKI, 16 dekabr — Sputnik. Ukraynada sülhün bərqərar olmasının vacibliyini bəyan edən Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf bu müraciəti ilk növbədə öz ölkəsinin hökumətinə etməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Əgər səfir Lambsdorfa kimisə sülhə çağırmaq lazımdırsa, bu, ilk növbədə Almaniya hökumətidir. İkinci növbədə, bu çağırış aqressiv ritorikada boğulan və Vladimir Zelenskiyə dəlilər kimi hərbi yardım göndərilməsi ilə bağlı qərarlar verən Aİ və NATO rəhbərliyinə ünvanlanmalıdır" - o, özünün "Teleqram" kanalında yazıb.
Zaxarova onu da qeyd edib ki, Almaniya Ukrayna münaqişəsində fəal qüvvələrdən biridir. Ukrayna böhranının sülh yolu ilə həlli və bununla bağlı danışıqlar isə Böyük Britaniya və ABŞ-ın təzyiqindən sonra Ukrayna tərəfi tərəfindən əngəllənib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölümlərə görə məsuliyyət silah tədarükünü davam etdirməklə münaqişəni gücləndirən kollektiv Qərbin çiynindədir.
Bundan əvvəl Zaxarova ABŞ-ın Ottava Konvensiyasını pozaraq Kiyevə minalar verdiyini bəyan etmişdi.
Xəbər lenti
0