https://sputnik.az/20241216/muellimleri-daha-bir-sinaq-gozleyir---nazirden-aciqlama-469458287.html
Müəllimləri daha bir sınaq gözləyir - Nazirdən açıqlama
Müəllimləri daha bir sınaq gözləyir - Nazirdən açıqlama
Sputnik Azərbaycan
Nazir deyib ki, 2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetiriləcək. 16.12.2024, Sputnik Azərbaycan
2024-12-16T17:23+0400
2024-12-16T17:23+0400
2024-12-16T17:23+0400
müəllim
təhsil
emin əmrullayev
məktəb
proqram və metodik vəsait
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433800_0:28:2000:1153_1920x0_80_0_0_a20e2a8c4837546eecdf4354dc125c03.jpg
BAKI, 16 dekabr — Sputnik. "Gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur". Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib. Nazir bildirib ki, metodik kabinetlər yaradılacaq. Onun sözlərinə görə, keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var: "2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik". E. Əmrullayev deyib ki, hazırda diaqnostik qiymətləndirmədə müəllimin fənn bilikləri dəyərləndirilir. "Düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir. Metod kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq" - nazir qeyd edib. Onun fikrincə, yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır: "Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımı şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin", - elm və təhsil naziri əlavə edib. Emin Əmrullayev deyib ki, təhsildə hər zaman keçmişdən daha çox gələcəyə, yeniliyə doğru addımlamaq lazımdır: "Müəllim peşəsi elədir ki, daim dəstəyə ehtiyacı olur. Onların da sürətli dəyişikliklər barədə məlumatlandırılması vacib məqamdır. Heç də bütün müəllimlərin xarici dili bilmək imkanı olmur. Heç də hər kəs xarici dili yaxşı bilmir. Bu da müəllimlərin xarici tədqiqatları oxuyaraq onlarla tanış ola bilmələrinə maneədir". E.Əmrullayev vurğulayıb ki, son illər ərzində bir neçə istiqamətdə islahatlar aparılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433800_227:0:2000:1330_1920x0_80_0_0_4e0121bdd124b6867b778ec09c38067d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim, emin əmrullayev, məktəb, proqram və metodik vəsait
müəllim, emin əmrullayev, məktəb, proqram və metodik vəsait
Müəllimləri daha bir sınaq gözləyir - Nazirdən açıqlama
Nazir deyib ki, 2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetiriləcək.
BAKI, 16 dekabr — Sputnik. "Gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, metodik kabinetlər yaradılacaq. Onun sözlərinə görə, keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var: "2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik".
E. Əmrullayev deyib ki, hazırda diaqnostik qiymətləndirmədə müəllimin fənn bilikləri dəyərləndirilir.
"Düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir. Metod kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq" - nazir qeyd edib.
Onun fikrincə, yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır: "Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımı şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin", - elm və təhsil naziri əlavə edib.
Emin Əmrullayev deyib ki, təhsildə hər zaman keçmişdən daha çox gələcəyə, yeniliyə doğru addımlamaq lazımdır:
"Müəllim peşəsi elədir ki, daim dəstəyə ehtiyacı olur. Onların da sürətli dəyişikliklər barədə məlumatlandırılması vacib məqamdır. Heç də bütün müəllimlərin xarici dili bilmək imkanı olmur. Heç də hər kəs xarici dili yaxşı bilmir. Bu da müəllimlərin xarici tədqiqatları oxuyaraq onlarla tanış ola bilmələrinə maneədir".
E.Əmrullayev vurğulayıb ki, son illər ərzində bir neçə istiqamətdə islahatlar aparılır