DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq proqramı imzalandı

© SputnikErmənistanın müdafiə naziri Suren Papikyan
Ermənistanın müdafiə naziri Suren Papikyan  - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastien Lekcorno X sosial şəbəkəsində Fransanın Ermənistana SEZAR artilleriya sistemlərini tədarük edəcəyini yazıb.
BAKI, 16 dekabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Dekabrın 15-də müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Fransaya işgüzar səfərə gedib", - məlumatda qeyd edilir.
Səfərin təfərrüatları barədə əlavə məlumat verilmir.
Dekabrın əvvəlində Ermənistan və Fransa Müdafiə nazirlikləri silahlı qüvvələrin bütün sahələrində bir neçə onlarla tədbiri özündə əks etdirən gələn il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıblar.
2024-cü ilin iyununda Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın hərbi-sənaye şirkəti KNDS arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Eyni zamanda Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastien Lekcorno X sosial şəbəkəsində Fransanın Ermənistana SEZAR artilleriya sistemlərini tədarük edəcəyini yazıb.
Xəbər lenti
0