Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Büdcə vəsaitlərinin istifadəsinə nəzarət artırılacaq - Baş nazir söz verdi

© Sputnik / Murad OrujovMilli Məclisin binası, arxiv
Milli Məclisin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
Publik hüquqi şəxslərin sahəvi sayının və strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.
BAKI, 16 dekabr— Sputnik. Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində "Açıq Büdcə İndeksi-2023" hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmış (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olub.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
"Yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur. Publik hüquqi şəxslərin sahəvi sayının və strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Bir sözlə büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaq", - deyə Baş nazir qeyd edib.
Baş nazir qeyd edib ki, makrofiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur.
Baş nazir deyib ki, büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır: "Ümumiyyətlə, qaldırılan bir çox sosial-iqtisadi, monetar və fiskal siyasət, dövlət borcu, makroiqtisadi siyasətin koordinasiyası və digər məsələlərə İqtisadi Şuranın illik Fəaliyyət Planına uyğun olaraq baxılır, müvafiq qərarlar qəbul olunur və aidiyyəti üzrə razılaşdırılır".
Baş nazir əlavə edib ki, Naxçıvanda bu gün qaz təminatı 100 %-dir: "Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir".
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 16.12.2024
İQTİSADİYYAT
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdi
Xəbər lenti
0