CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir Əli Əsədov gömrük güzəştləri barədə qərar imzaladı

© SputnikBaş nazir Əli Əsədov
Baş nazir Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən gömrük rüsumlarından azadolmanın müddəti 2027-ci ilin sonuna qədər uzadılıb.
BAKI, 16 dekabr — Sputnik. Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddəti 2027-ci ilin sonuna qədər uzadılıb.
Həmçinin, 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dolları senti) qüvvədə olma müddəti 2027-ci ilin sonuna qədər uzadılıb.
Xəbər lenti
0