https://sputnik.az/20241216/axmaq-ve-daha-da-axmaq-qerble-bazarliq-olmayacaq-469451917.html
Axmaq və daha da axmaq: Qərblə bazarlıq olmayacaq
Axmaq və daha da axmaq: Qərblə bazarlıq olmayacaq
Sputnik Azərbaycan
Qərb Ukrayna meydanında həlledici məğlubiyyətinin yaxınlaşdığını gizlətmək üçün "gözə kül üfürür". 16.12.2024, Sputnik Azərbaycan
2024-12-16T23:40+0400
2024-12-16T23:40+0400
2024-12-16T23:40+0400
qərb
təhlil
moskva
nato
corc buş
yel universiteti
donbas
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439670107_0:317:3078:2048_1920x0_80_0_0_a08e64b4d5c25c5dd10fa172c6980ff3.jpg
Böyük Rusiya Donbassdakı xüsusi əməliyyat vəzifələrini sakitcə həll etdiyi, həm öz sərhədlərində, həm də bütövlükdə Avrasiyada yeni təhlükəsizlik arxitekturasını formalaşdırdığı bir vaxtda, kiçik Avroatlantik dünya yeni reallığı qəbul etməyin üçüncü mərhələsinə qədəm qoyur. Bu mərhələ sövdələşmə adlanır. Əgər fərdin köhnə sifariş və sxemlərin artıq işləmədiyini başa düşməsinin üçüncü mərhələsi həddən artıq hay-küy və ajiotajda özünü göstərirsə, qlobalist isteblişmentdə bu mərhələ özünü kağız ətrafında hay-küy salmağda özünü biruzə verməyə başlayıb. Keçmiş dünyanın güclüləri üçün hələ də müxtəlif hesabatların çap olunduğu kağız ətrafında. Onların həm Donbassdakı geosiyasi böhranın fonunda ABŞ və Aİ-nin nəhəng investisiyalarına qaçılmaz zərərin hesablanması, həm də Rusiyanın mümkün hərəkətlərinin qiymətləndirilməsi ilə bağlı olduğunu güman etmək çətin deyil. Paralel olaraq ictimai rəydə maraqlı detallar üzə çıxır. Təfərrüatlar, məsələn, Kiyevin yeni Amerika administrasiyasına litium yataqlarını, eləcə də digər nadir metal yataqlarının güzəştlə paylamaq vədləri ilə bağlıdır. Kiçik, lakin diqqətəlayiq bir detal ondan ibarətdir ki, Kiyev təntənəli şəkildə vəd etsə də, Bayden administrasiyası ilə müxtəlif bəhanələrlə heç bir müqavilə imzalanmadı. Belə çıxır ki, onlar özlərini Trampa göstərmək istəyirdi. Bu, ukraynalıların özlərinin də düşündüyü kimi, ilk əsas kozırıdır. İkinci əsas kozır isə - avropalı NATO üzvlərini aldatmaqdan ibarətdir. Hazırda hərbi-siyasi şounun növbəti mərhələsi yaşanır. Bu mərhələdə milyardlarla ölçülən növbəti yardımlar və Avropa sülhməramlıların göndərilməsi məsələsi gündəmə gətirilir. Onların Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında, və ya ümumiyyətlə Ukrayna ərazisində yerləşdirməsi niyyəti barədə hələ dəqiq məlumat yoxdur. Bu məsələlər ətrafında müzakirələr dekabr 18-də aparılacaq. Bu arada, azsaylı, lakin məlumatlı ekspertlər (məsələn, Yel universitetində professor kimi çalışmış, Buş administrasiyasının rəsmisi və ABŞ-ın Moskvadakı səfirliyinə işə göndərilən Dövlət Departamentinin əməkdaşı Tomas Qrem) xəbərdarlıq edir və məsləhət görür. Onlar həm Rusiya iqtisadiyyatının imkanlarını, həm də Kremlin eyni anda bir neçə şahmat taxtasında geosiyasi oyun oynamaq imkanlarını lazımınca dəyərləndirməməyin təhlükəsi barədə xəbərdarlıq edir və həmkarlarına Rusiyanın hər hansı hipotetik danışıqları, hətta ilkin müzakirələri eksklüziv olaraq ABŞ-la aparacağını dərk etməyə çağırır. Dəyirmi masada heç bir avropalı NATO üzvü və Ukrayna təmsilçisi olmayacaq. Qrem, Dövlət departamentinin və ya televiziya studiyalarının həndəvərində dolanan bir çox səriştəsiz fərdlərdən fərqli olaraq, nə danışdığını bilir. Məsələn o, Putinin 25 il əvvəl yazdığı "Rusiya minilliyin qovşağında" məqaləsini misal gətirir. Yeri gəlmişkən, bir kəlməsi belə köhnəlməyən sitatın yenidən gətirilməsi yerinə düşər. "Rusiya böyük bir ölkə olub və olaraq da qalmaqdadır. Bu, onun mövcudluğunu təsdiqləyən geosiyasi, iqtisadi və mədəniyyətinə xas xüsusiyyətləri ilə bağlıdır. Onlar Rusiyanın bütün tarixi boyu rusların təfəkkürünü və dövlət siyasətini müəyyən edib və indi də bunu müəyyən etməkdə davam edirlər". Bir dəfə taktiki cəhətdən geri çəkilən Rusiyanın NATO-nun mifik yumruğu qarşısında həmişə geri çəkiləcəyini düşünən siyasi fırıldaqçılar köklü sürətdə səhvə yol verir. Rusiya ordu birləşmələrinin xüsusi əməliyyat zonasının bütün cəbhələrində irəlilədiyi, eyni zamanda terrorçuları Kursk sərhəd bölgəsindən sıxışdırdığı indiki şəraitdə, Kremlin az da olsa öz maraqlarını qurban verəcəyini və dövlət sisteminin təhlükəsizliyi prinsiplərini tərəzinin gözünə qoyacağını düşünməyin özü belə səviyyəsizlikdir. Elitanın deqradasiyası müasir siyasi zirvəyə geosiyasi reallıqlar üzrə mütəxəssislərin əvəzinə geosiyasi pozğunluqlar üzrə ekspertləri gətirib. Humanitar yardım olaraq, rəqiblərə məlumat verək ki, Ukrayna ordusunun daha bir neçə yüz üzvü Kuraxovonun cənubundakı mühasirə halqasına düşüb. Krasnoarmeyskdəki (Ukrayna adı - Pokrovsk) Ukrayna birləşmələri də çıxılmaz vəziyyətdədir. Rusiyanın torpaq üzərindəki aşkar üstünlüyü Moskva ilə sövdələşməyə cəhd edənlər tərəfindən tanınmayana qədər bu mövzuda hər hansı söhbət belə mənasızdır. Qərbin hazırkı manipulyasiyaları isə, sadəcə onun yaxınlaşan məğlubiyyətini gizlətmək üçün yaratdığı səs-küydür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439670107_1021:506:3078:2048_1920x0_80_0_0_3877f968c699223ac44505251e821786.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
qərb, moskva, nato, corc buş, yel universiteti, donbas
qərb, moskva, nato, corc buş, yel universiteti, donbas
Axmaq və daha da axmaq: Qərblə bazarlıq olmayacaq
Qərb Ukrayna meydanında həlledici məğlubiyyətinin yaxınlaşdığını gizlətmək üçün "gözə kül üfürür".
Böyük Rusiya Donbassdakı xüsusi əməliyyat vəzifələrini sakitcə həll etdiyi, həm öz sərhədlərində, həm də bütövlükdə Avrasiyada yeni təhlükəsizlik arxitekturasını formalaşdırdığı bir vaxtda, kiçik Avroatlantik dünya yeni reallığı qəbul etməyin üçüncü mərhələsinə qədəm qoyur. Bu mərhələ sövdələşmə adlanır.
Əgər fərdin köhnə sifariş və sxemlərin artıq işləmədiyini başa düşməsinin üçüncü mərhələsi həddən artıq hay-küy və ajiotajda özünü göstərirsə, qlobalist isteblişmentdə bu mərhələ özünü kağız ətrafında hay-küy salmağda özünü biruzə verməyə başlayıb. Keçmiş dünyanın güclüləri üçün hələ də müxtəlif hesabatların çap olunduğu kağız ətrafında. Onların həm Donbassdakı geosiyasi böhranın fonunda ABŞ və Aİ-nin nəhəng investisiyalarına qaçılmaz zərərin hesablanması, həm də Rusiyanın mümkün hərəkətlərinin qiymətləndirilməsi ilə bağlı olduğunu güman etmək çətin deyil. Paralel olaraq ictimai rəydə maraqlı detallar üzə çıxır.
Təfərrüatlar, məsələn, Kiyevin yeni Amerika administrasiyasına litium yataqlarını, eləcə də digər nadir metal yataqlarının güzəştlə paylamaq vədləri ilə bağlıdır. Kiçik, lakin diqqətəlayiq bir detal ondan ibarətdir ki, Kiyev təntənəli şəkildə vəd etsə də, Bayden administrasiyası ilə müxtəlif bəhanələrlə heç bir müqavilə imzalanmadı. Belə çıxır ki, onlar özlərini Trampa göstərmək istəyirdi.
Bu, ukraynalıların özlərinin də düşündüyü kimi, ilk əsas kozırıdır.
İkinci əsas kozır isə - avropalı NATO üzvlərini aldatmaqdan ibarətdir.
Hazırda hərbi-siyasi şounun növbəti mərhələsi yaşanır. Bu mərhələdə milyardlarla ölçülən növbəti yardımlar və Avropa sülhməramlıların göndərilməsi məsələsi gündəmə gətirilir. Onların Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında, və ya ümumiyyətlə Ukrayna ərazisində yerləşdirməsi niyyəti barədə hələ dəqiq məlumat yoxdur. Bu məsələlər ətrafında müzakirələr dekabr 18-də aparılacaq.
Bu arada, azsaylı, lakin məlumatlı ekspertlər (məsələn, Yel universitetində professor kimi çalışmış, Buş administrasiyasının rəsmisi və ABŞ-ın Moskvadakı səfirliyinə işə göndərilən Dövlət Departamentinin əməkdaşı Tomas Qrem) xəbərdarlıq edir və məsləhət görür. Onlar həm Rusiya iqtisadiyyatının imkanlarını, həm də Kremlin eyni anda bir neçə şahmat taxtasında geosiyasi oyun oynamaq imkanlarını lazımınca dəyərləndirməməyin təhlükəsi barədə xəbərdarlıq edir və həmkarlarına Rusiyanın hər hansı hipotetik danışıqları, hətta ilkin müzakirələri eksklüziv olaraq ABŞ-la aparacağını dərk etməyə çağırır. Dəyirmi masada heç bir avropalı NATO üzvü və Ukrayna təmsilçisi olmayacaq.
Qrem, Dövlət departamentinin və ya televiziya studiyalarının həndəvərində dolanan bir çox səriştəsiz fərdlərdən fərqli olaraq, nə danışdığını bilir. Məsələn o, Putinin 25 il əvvəl yazdığı "Rusiya minilliyin qovşağında" məqaləsini misal gətirir. Yeri gəlmişkən, bir kəlməsi belə köhnəlməyən sitatın yenidən gətirilməsi yerinə düşər.
"Rusiya böyük bir ölkə olub və olaraq da qalmaqdadır. Bu, onun mövcudluğunu təsdiqləyən geosiyasi, iqtisadi və mədəniyyətinə xas xüsusiyyətləri ilə bağlıdır. Onlar Rusiyanın bütün tarixi boyu rusların təfəkkürünü və dövlət siyasətini müəyyən edib və indi də bunu müəyyən etməkdə davam edirlər".
Bir dəfə taktiki cəhətdən geri çəkilən Rusiyanın NATO-nun mifik yumruğu qarşısında həmişə geri çəkiləcəyini düşünən siyasi fırıldaqçılar köklü sürətdə səhvə yol verir.
Rusiya ordu birləşmələrinin xüsusi əməliyyat zonasının bütün cəbhələrində irəlilədiyi, eyni zamanda terrorçuları Kursk sərhəd bölgəsindən sıxışdırdığı indiki şəraitdə, Kremlin az da olsa öz maraqlarını qurban verəcəyini və dövlət sisteminin təhlükəsizliyi prinsiplərini tərəzinin gözünə qoyacağını düşünməyin özü belə səviyyəsizlikdir.
Elitanın deqradasiyası müasir siyasi zirvəyə geosiyasi reallıqlar üzrə mütəxəssislərin əvəzinə geosiyasi pozğunluqlar üzrə ekspertləri gətirib.
Humanitar yardım olaraq, rəqiblərə məlumat verək ki, Ukrayna ordusunun daha bir neçə yüz üzvü Kuraxovonun cənubundakı mühasirə halqasına düşüb. Krasnoarmeyskdəki (Ukrayna adı - Pokrovsk) Ukrayna birləşmələri də çıxılmaz vəziyyətdədir.
Rusiyanın torpaq üzərindəki aşkar üstünlüyü Moskva ilə sövdələşməyə cəhd edənlər tərəfindən tanınmayana qədər bu mövzuda hər hansı söhbət belə mənasızdır. Qərbin hazırkı manipulyasiyaları isə, sadəcə onun yaxınlaşan məğlubiyyətini gizlətmək üçün yaratdığı səs-küydür.