DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları ağılsızlıqdır – Ralf Nimayer

© AP Photo / Olivier MatthysAİ bayraqları, arxiv
Aİ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer bildirib ki, tətbiq edilən sanksiyalar həyatı yalnız çətinləşdirib, lakin Rusiya Federasiyasına siyasi təsir göstərməyiblər.
BAKI, 16 dekabr — Sputnik. Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi ağılsızlıqdır və "sanki öz sənayemizə qarşı dövlət çevrilişidir".
Bu fikri "RİA Novosti"yə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer bildirib.
"Bu, izaholunmazdır. Biz hələ də Rusiya neftini alırıq və onu Hindistan vasitəsilə alırıq. Bu, ağılasığmaz bir vəziyyətdir. Hesab edirəm ki, tətbiq edilən sanksiyalar həyatı yalnız çətinləşdirib, lakin Rusiya Federasiyasına siyasi təsir göstərməyiblər" - xəbər agentliyinin həmsöhbəti vurğulayıb.
Qeyd edək ki, Aİ ölkələri ötən həftə Rusiyaya qarşı sanksiyaların 15-ci paketini təsdiqləyiblər. Bu barədə sosial şəbəkələrdə Macarıstanın birlik Şurasında sədrliyi bildirib.
Rusiya Federadiyasının Prezidenti Vladimir Putin şənbə günü "Vahid Rusiya" Partiyasının 22-ci qurultayının plenar iclası zamanı vurğulayıb ki, ölkə iqtisadiyyatı "sözün tam mənasında, sözün əsl mənasında, dünya tarixində görünməmiş sanksiyalar, bəzi dövlətlərin hakim elitalarının kobud müdaxiləsi və təzyiqləri fonunda" böyüyür və heç nə Rusiyaya mane ola bilməz.
Xəbər lenti
0