https://sputnik.az/20241215/ukrayna-munaqisenin-bitmesi-ehtimali-barede-kreml-ne-dusunur-469398594.html
Ukrayna münaqişənin bitməsi ehtimalı barədə Kreml nə düşünür?
Ukrayna münaqişənin bitməsi ehtimalı barədə Kreml nə düşünür?
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi qeyd edib ki, Ukraynadakı münaqişənin sonu Trampın konkret addımlarından asılı olacaq. 15.12.2024, Sputnik Azərbaycan
2024-12-15T08:45+0400
2024-12-15T08:45+0400
2024-12-14T23:11+0400
kreml
dünya xəbərləri
ağ ev
ukrayna
donald tramp
emmanuel makron
vladimir zelenski
peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454487764_0:160:3071:1887_1920x0_80_0_0_1c665f4a09c1879d1c4e76c805757896.jpg
BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin sona çatması onun administrasiyasının konkret addımlarından asılı olacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib. Diplomat bildirib ki, Rusiyanın Ağ Evin müxtəlif administrasiyaları ilə qarşılıqlı münasibətlərdə (o cümlədən Trampın ilk prezidentlik dövründə də) böyük təcrübəsi var. "Trampın prezidentlik dövründə ölkəmizə qarşı 50 dəfədən çox sanksiyalar tətbiq edilib. Ölkəmizə qarşı çoxlu qeyri-dost təzahürlər olub. Bunu unutmaq olmaz", mətbuat katibi bildirib. Bu yaxınlarda Tramp Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün saziş bağlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bunun yeganə yolu Ukraynadan əl çəkməməkdir. Daha sonra "The Wall Street Journal" qəzeti yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsi təklifini irəli sürüb. Nəşrin məlumatına görə, Tramp bu ehtimalı dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə müzakirə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454487764_171:0:2900:2047_1920x0_80_0_0_877ccdd1397274babd08f711b4d97415.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, ağ ev, ukrayna, donald tramp, emmanuel makron, vladimir zelenski, peskov, vladimir putinin köməkçisi dmitri peskov
kreml, ağ ev, ukrayna, donald tramp, emmanuel makron, vladimir zelenski, peskov, vladimir putinin köməkçisi dmitri peskov
Ukrayna münaqişənin bitməsi ehtimalı barədə Kreml nə düşünür?
Kremlin nümayəndəsi qeyd edib ki, Ukraynadakı münaqişənin sonu Trampın konkret addımlarından asılı olacaq.
BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin sona çatması onun administrasiyasının konkret addımlarından asılı olacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Diplomat bildirib ki, Rusiyanın Ağ Evin müxtəlif administrasiyaları ilə qarşılıqlı münasibətlərdə (o cümlədən Trampın ilk prezidentlik dövründə də) böyük təcrübəsi var.
"Trampın prezidentlik dövründə ölkəmizə qarşı 50 dəfədən çox sanksiyalar tətbiq edilib. Ölkəmizə qarşı çoxlu qeyri-dost təzahürlər olub. Bunu unutmaq olmaz", mətbuat katibi bildirib.
Bu yaxınlarda Tramp Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün saziş bağlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bunun yeganə yolu Ukraynadan əl çəkməməkdir.
Daha sonra "The Wall Street Journal" qəzeti yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsi təklifini irəli sürüb. Nəşrin məlumatına görə, Tramp bu ehtimalı dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə müzakirə edib.