https://sputnik.az/20241215/rusiyada-usaqlara-siqaret-satisina-gore-cerime-teqriben-33-min-azn-e-catacaq---duma-sedri-469430037.html
Rusiyada uşaqlara siqaret satışına görə cərimə təqribən 33 min AZN-ə çatacaq - Duma sədri
Rusiyada uşaqlara siqaret satışına görə cərimə təqribən 33 min AZN-ə çatacaq - Duma sədri
Sputnik Azərbaycan
Volodin bildirib ki, Rusiyada uşaqlara tütün məmulatları satışına görə qanunvericilik sərtləşdirilir. 15.12.2024, Sputnik Azərbaycan
2024-12-15T11:00+0400
2024-12-15T11:00+0400
2024-12-15T11:00+0400
rusiya
tütün
nikotin
uşaq
istifadə
rusiya
yetkinlik yaşına çatmayan
satış
istehlak
elektron
https://cdnn1.img.sputnik.az/img/42214/94/422149435_0:318:3076:2048_1920x0_80_0_0_48c6564b325503da07fcd8dace600782.jpg
BAKI, 15 dekabr - Sputnik. Gələn həftə Rusiya Dövlət Duması uşaqların veyp, qəlyan və tütün istehlakından qorunması ilə bağlı qanun layihələrini nəzərdən keçirəcək. RİA Novoxti xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Duma sədri xatırladıb ki, qanun layihələri tütün və nikotin tərkibli məhsulların, onların istehlakı üçün cihazların və ya onların istehsalı üçün xammalın yetkinlik yaşına çatmayanlara satışına görə məsuliyyətin əhəmiyyətli dərəcədə artırılmasını təklif edir.O, hesab edir ki, qanunsuz addım atan yetkin şəxslər törətdikləri hüquq pozuntusuna görə məsuliyyətin tam dərəcəsini, həmçinin cəzanın qaçılmazlığını dərk etməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240423/azerbaycanda-elektron-siqaretden-istifadenin-qadagan-olunmasi-teklif-edilir-464110933.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/94/422149435_196:0:2927:2048_1920x0_80_0_0_4b46204505ee9712a6745ec818b9919d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tütün, nikotin, uşaq, istifadə, rusiya, yetkinlik yaşına çatmayan, satış, istehlak, elektron
tütün, nikotin, uşaq, istifadə, rusiya, yetkinlik yaşına çatmayan, satış, istehlak, elektron
Rusiyada uşaqlara siqaret satışına görə cərimə təqribən 33 min AZN-ə çatacaq - Duma sədri
Volodin bildirib ki, Rusiyada uşaqlara tütün məmulatları satışına görə qanunvericilik sərtləşdirilir.
BAKI, 15 dekabr - Sputnik. Gələn həftə Rusiya Dövlət Duması uşaqların veyp, qəlyan və tütün istehlakından qorunması ilə bağlı qanun layihələrini nəzərdən keçirəcək. RİA Novoxti xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Gələn həftə biz uşaqları elektron siqaret, tütün, qəlyan və s. istehlakdan qorumaq üçün qanun layihələrini nəzərdən keçirəcəyik. Onlar sağlamlığa mənfi təsir edir və ciddi xəstəliklərə səbəb ola bilər”, - Volodin Telegram kanalında yazıb.
Duma sədri xatırladıb ki, qanun layihələri tütün və nikotin tərkibli məhsulların, onların istehlakı üçün cihazların və ya onların istehsalı üçün xammalın yetkinlik yaşına çatmayanlara satışına görə məsuliyyətin əhəmiyyətli dərəcədə artırılmasını təklif edir.
“Bu pozuntulara görə inzibati cərimələr bir neçə dəfə - 2 milyon rubla qədər artır. Qanun pozuntusuna təkrar yol verildikdə cinayət məsuliyyəti nəzərdə tutulur (qanun layihəsi dekabrın 10-da birinci oxunuşda qəbul edilib)”, - Dövlət Dumasının sədri qeyd etdi.
O, hesab edir ki, qanunsuz addım atan yetkin şəxslər törətdikləri hüquq pozuntusuna görə məsuliyyətin tam dərəcəsini, həmçinin cəzanın qaçılmazlığını dərk etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.