CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir

© Sputnik / Zulfiyya GuluyevaElektron siqaretlərin satışı
Elektron siqaretlərin satışı - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Komitə sədri parlamentin bu gün keçirilən iclasında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.
BAKI, 23 aprel — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib.
Komitə sədri parlamentin bu gün keçirilən iclasında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.
Onun sözlərinə görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:
“Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminən 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Əgər iqtisadi cəhətdən bu, zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.
Xəbər lenti
0