Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi xidmətə çağırış yaşı niyə azaldılır?

© Official website of President of Azerbaijan RepublicAzərbaycan hərbçiləri, arxiv
Azərbaycan hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 15.12.2024
Abunə olmaq
Hərbi ekspert deyir ki, yaş həddinin endirilməsi Azərbaycan ordusunun şəxsi heyətinin sayına və ordunun komplektləşdiirlməsinə hər hansı problem yaratmayacaq.
BAKI, 15 dekabr — Sputnik. Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Bəs bu dəyişiklik hansı zərurətdən ortaya çıxıb?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox vacibdir:
"44 günlük Vətən müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb. Bu islahatlara uyğun olaraq əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirə bilən bir sıra dəyişikliklər var".
O bildirib ki, orduya çağırışla bağlı bir sıra ölkələrin qanunları müxtəlifdir:

"Məsələn, Rusiyada hərbi xidmətə çağırış 18 yaşına çatmış, lakin 27 yaşdan yuxarı olmayan vətəndaşlara şamil edilir. 30 yaşdan aşağı şəxslər adətən daha yaxşı fiziki formada olurlar, intensiv fiziki qabiliyyətə malikdirlər. Psixoloji yetkinlik 18-25 yaş arasında, eyni zamanda 30 yaşına qədər yetkinliyə çatır. Bu, emosional və psixoloji problemlərin öhdəsindən gəlməyə kömək edir".

Millət vəkilinin sözlərinə görə, əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər:
"Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra ordularda gedən müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərəalınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir".
Hərbi ekspert Ramil Məmmədli bildirir ki, Vətən müharibəsi başa çatdıqdan sonra hərbi xidmət keçməklə bağlı dəyişikliklər edilməsi üçün müzakirələr başlamışdı:
"Həm hərbi xidmətin yaş həddi, həm də xidmət küçmə müddəti müzakirə mövzusudur. Təbii ki, bu prosesdə həqiqi xhərbi xidmət müddətinin ali təhsili olmayanlar üçün 1 il 6 aydan bir ilə, ali təhsillilər üçün üçün isə 1 ildən 8 aya endirilməsi müəyyən dairələrdətəklif edilirdi. Müharibə şəraitində olan bir ölkə üçün 35 yaş həddi məqbul hesab edilirdi. Artıq müharibə bitib, ərazi bütövlüyümüz təmin edilib. Bu baxımdan yaş həddinin 30-a endirilməsi anlaşılandır. Hətta mən hesab edirəm ki, yaş həddi 27-28 yaşa salınsın. Bu yaşa qədər şəxslər daha enerjili və qavrama qabiliyyəti daha güclü olur".
Ekspert hesab edir ki, yaş həddinin endirilməsi Azərbaycan ordusunun şəxsi heyətinin sayına və ordunun komplektləşdiirlməsinə hər hansı bir narahatlıq gətirməyəcək. Bu baxımdan, artıq bu məsələyə baxmaq və qərar vermək vaxtı yetişib:
"Düşünürəm ki, hazırda parlament bu dəyişiklikləri qəbul etmək qərarına gəlib və bu dəyişiklikləri dəstəkləyəcək. Çağırış müddəti ilə bağlı məsələyə də bundan sonra baxılacaq".
Ekspert xidmətə qəbul yaşının qaldırılmasını doğru hesab etmir. Onun sözlərinə görə, 18 yaş daha məqsədə uyğundur.
"Həmin yaşda olan vətəndaşlar xidmət keçdikdən sonra həyatlarını daha rahat formalaşdıra bilərlər. Alternativ həqiqi hərbi xidmətin tərəfdarı deyiləm. Çünki bizim ordumuz xalq ordusudur. Bu baxımdan hər bir kişi cinsindən olan Azərbaycan vəətndaşı burada xidmət keçməlidir", Ramil Məmmədli fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0