https://sputnik.az/20241214/tarixde-bu-gun-14-dekabr--foto-469383595.html
Tarixdə bu gün: 14 dekabr – FOTO
Tarixdə bu gün: 14 dekabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 14.12.2024, Sputnik Azərbaycan
2024-12-14T08:00+0400
2024-12-14T08:00+0400
2024-12-14T08:00+0400
dekabr
cəmiyyət
rəşid behbudov
xudu məmmədov
unesco
rac kapur
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974778_42:0:1158:628_1920x0_80_0_0_b5981892488f15c07ccbee9f24fed8ae.jpg
BAKI, 14 dekabr — Sputnik. Dekabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Dekabrın 14-də kimlər anadan olub? Rəşid Behbudov (1915-1989) - Azərbaycan estrada və opera müğənnisi, aktyordur. O, 1966-cı ildə Azərbaycan Mahnı Teatrını (hazırda onun adını daşıyır) təşkil edib və ömrünün sonuna kimi Teatrın rəhbəri olub. Xudu Məmmədov (1927-1988) - Azərbaycan alimi, Azərbaycan Elmlər Akademiyasının akademiki, geologiya-mineralogiya elmləri doktoru və professordur. Əliyar Əliyev (1957-1992) - Azərbaycanın Milli Qəhrəmanıdır. Mişel Nostradamus (1503-1566) - Fransa astroloqu, həkimi, əczaçı və kimyagəridir. VI Corc (1895-1952) - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və 11 dekabr 1936-cı ildən 6 fevral 1952-ci ildə vəfat edənə qədər Britaniya Birliyinin Dominionlarının kralıdır. O, Vindzorlar sülaləsindəndir. VI Corc Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olub. Rac Kapur (1924-1988) - Hindistan teatr və kino aktyoru, rejissoru və prodüseridir. Onun əsl adı Ranbir Rac Kapurdur. Dekabrın 14-də dünyada baş verən tarixi hadisələr 1900-cü ildə alman fiziki Maks Plank kvant nəzəriyyəsini təqdim edib. 1911-ci ildə norveçli səyyah Rual Amundsenin ekspedisiyası ilk dəfə olaraq Cənub qütbünə çatıb. 1913-cü ildə Krit adası Yunanıstan tərəfindən rəsmən anneksiya olunub. 1939-cu ildə SSRİ Finlandiyaya qarşı müharibəyə başladığına və hərbi əməliyyatların dayandırılması təkliflərini rədd etdiyinə görə Millətlər Liqasından çıxarılıb. 1960-cı ildə UNESCO-nun Təhsildə ayrı-seçkiliyə qarşı Konvensiyası qəbul edilib. 2004-cü ildə Fransada ən hündür Viyaduk Miyo körpüsünün açılışı olub. Hündürlüyü 343 metr olan körpünün uzunluğu 2460 metrdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974778_182:0:1019:628_1920x0_80_0_0_9485a6db64eb5b4b4f3696d9d15547f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dekabr, rəşid behbudov, xudu məmmədov, unesco, rac kapur
dekabr, rəşid behbudov, xudu məmmədov, unesco, rac kapur
Tarixdə bu gün: 14 dekabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 14 dekabr — Sputnik. Dekabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 14-də kimlər anadan olub?
Rəşid Behbudov (1915-1989) - Azərbaycan estrada və opera müğənnisi, aktyordur. O, 1966-cı ildə Azərbaycan Mahnı Teatrını (hazırda onun adını daşıyır) təşkil edib və ömrünün sonuna kimi Teatrın rəhbəri olub.
Xudu Məmmədov (1927-1988) - Azərbaycan alimi, Azərbaycan Elmlər Akademiyasının akademiki, geologiya-mineralogiya elmləri doktoru və professordur.
Əliyar Əliyev (1957-1992) - Azərbaycanın Milli Qəhrəmanıdır.
Mişel Nostradamus (1503-1566) - Fransa astroloqu, həkimi, əczaçı və kimyagəridir.
VI Corc (1895-1952) - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və 11 dekabr 1936-cı ildən 6 fevral 1952-ci ildə vəfat edənə qədər Britaniya Birliyinin Dominionlarının kralıdır. O, Vindzorlar sülaləsindəndir. VI Corc Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olub.
Rac Kapur (1924-1988) - Hindistan teatr və kino aktyoru, rejissoru və prodüseridir. Onun əsl adı Ranbir Rac Kapurdur.
Dekabrın 14-də dünyada baş verən tarixi hadisələr
1900-cü ildə alman fiziki Maks Plank kvant nəzəriyyəsini təqdim edib.
1911-ci ildə norveçli səyyah Rual Amundsenin ekspedisiyası ilk dəfə olaraq Cənub qütbünə çatıb.
1913-cü ildə Krit adası Yunanıstan tərəfindən rəsmən anneksiya olunub.
1939-cu ildə SSRİ Finlandiyaya qarşı müharibəyə başladığına və hərbi əməliyyatların dayandırılması təkliflərini rədd etdiyinə görə Millətlər Liqasından çıxarılıb.
1960-cı ildə UNESCO-nun Təhsildə ayrı-seçkiliyə qarşı Konvensiyası qəbul edilib.
2004-cü ildə Fransada ən hündür Viyaduk Miyo körpüsünün açılışı olub. Hündürlüyü 343 metr olan körpünün uzunluğu 2460 metrdir.