https://sputnik.az/20241214/suvelanda-dord-nefer-denizde-batib-457734256.html
Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Sputnik Azərbaycan
Hadisə yerinə məhkəmə-tibbi ekspertiza cəlb olunub. 14.12.2024, Sputnik Azərbaycan
2024-12-14T22:21+0400
2024-12-14T22:21+0400
2024-12-14T22:21+0400
bölgə
gürcüstan
restoran
dəm qazı
yataq
daxili işlər nazirliyi
hind
https://cdnn1.img.sputnik.az/img/42347/17/423471739_0:99:1920:1179_1920x0_80_0_0_6e3332d82cd3f7fa70479327579feee0.jpg
BAKI, 14 dekabr - Sputnik. Gürcüstanın Qudauri bələdiyyəsində hind restoranında 12 nəfərin meyiti tapılıb.APA xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən Hindistan restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.Hadisə yerinə məhkəmə-tibbi ekspertiza cəlb olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42347/17/423471739_109:0:1812:1277_1920x0_80_0_0_ed67c0f03edcceaab614806abe35ed45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, restoran, dəm qazı, yataq, daxili işlər nazirliyi, hind
gürcüstan, restoran, dəm qazı, yataq, daxili işlər nazirliyi, hind
Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Hadisə yerinə məhkəmə-tibbi ekspertiza cəlb olunub.
BAKI, 14 dekabr - Sputnik. Gürcüstanın Qudauri bələdiyyəsində hind restoranında 12 nəfərin meyiti tapılıb.
APA xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.
Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən Hindistan restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.
Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.
İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.
Hadisə yerinə məhkəmə-tibbi ekspertiza cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.