https://sputnik.az/20241213/vessalam-100-gunden-sonra-avropa-rusiya-ile-elaqeleri-hemiselik-kesecek-469398095.html
Vəssalam: 100 gündən sonra Avropa Rusiya ilə əlaqələri həmişəlik kəsəcək
Vəssalam: 100 gündən sonra Avropa Rusiya ilə əlaqələri həmişəlik kəsəcək
Sputnik Azərbaycan
Sağlam düşüncədən kənar məntiqlə Rusiya qazından tam imtina etmək istəyən avropalı siyasətçilər qitəni və bütün dünyanı dərin iqtisadi böhrana sürükləyir. 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T23:30+0400
2024-12-13T23:30+0400
2024-12-13T23:30+0400
avropa
təhlil
rusiya
avropa
qaz
abş
norveç
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0d/469397929_0:16:3584:2032_1920x0_80_0_0_ce0ae4dd3f2f9b5b9e527c8bc1ccc8bd.jpg
BAKI, 13 dekabr — Sputnik. Brüssel ofislərində həyəcan və sevincli səbirsizlik hökm sürür: dünən Avropanın enerji məsələləri üzrə komissarı Dan Yorgensen təntənəli şəkildə bəyan edib ki, yüz gündən sonra Avropa İttifaqı nəhayət, yanacaq sektorunda Rusiya ilə bütün əlaqələri qıracaq. Onun sözlərinə görə, bu, "əsas prioritetdir" və buna ABŞ-dan maye qaz tədarükünün artırılması kömək edəcək: "Biz başa düşməliyik ki, ABŞ-dan enerji almadan Rusiyadan asılılığımızı azalda bilməzdik. ABŞ bizim əsl dostumuzdur və mən ümid edirəm biz dost olaraq qalacayıq". Beləliklə, cənab Yorgensenin məntiqinə görə, Aİ-nin təhlükəsizliyini sarsıdan totalitar yanacaq molekulları yüz gün ərzində tamamilə azadlıq və demokratiya molekulları ilə əvəzlənəcək və indi yeni Dəmir Pərdə arxasında Avropa həmişəkindən daha yaxşı yaşayacaq, lakin suriyalı qaçqınların diqqətini cəlb etməmək üçün "Cənnət bağı" işarəsi götürülməli olacaq. Bu məntiqdə hər şey gözəl və nəcibdir. Bircə onun tam cəfəngiyyat olmasından başqa. Avropanın Rusiyadan tam qırılmaq planları ayrı bir bədii janrdır və əgər son illərdə bu məsələ ilə bağlı təklif olunanların hamısını toplasaq, o zaman onları yerləşdirmək üçün Nadejda Krupskayanın ərinin adını daşıyan kitabxananın bütün yeraltı və yerüstü anbarlarındakı yer kifayət etməz. Avropa bürokratlarının rusofobiyanın spazmlarında nə etməsindən asılı olmayaraq, bu, həmişə ardıcıl olaraq bir şeyə gətirib çıxarıb: Avropada enerji və elektrik enerjisinin qiymətlərinin qaçılmaz artması, avropalıların həyat səviyyəsinin daha da aşağı düşməsi və əvvəllər dünya xəritəsində ən güclü iqtisadi mərkəzlərdən biri olanın sənayesizləşdirilməsinin sürətlənməsinə. Rusiya ilə yanacaq əlaqələrini kəsmək üçün atılan son addımlar isə Avropa iqtisadiyyatını və sosial sahəsini tamamilə dərin çöküşə salıb. İxtisaslaşdırılmış Oilprice nəşri yazır ki, "Avropanın enerji sahəsindəki acınacaqlı vəziyyəti, xüsusən də Rusiya qazının tədarükünün gözlənilən dayandırılması fonunda qitənin qlobal enerji bazarında zəifliyini vurğulayır". Amma addımlar nəticəsində Putinə daha çox ziyan dəyir, odur ki hər şey düzgün edilir, deyilmi? Euroactive nəşri yazır ki, Avropanın Rusiya üzərində enerji qələbələri fonunda qitədə "enerji yoxsulluğu" problemi getdikcə yüksəlməkdədir. İnsanlar enerji daşıyıcılarırının bahalaşması nəticəsində onlardan istifadə edilməsini azaldır, və bu çox vaxt onların sağlamlığına ciddi təhlükə yaradır. Sadə dildə desək, insanlar demokratik molekullar üçün pul ödəyə bilmədiyi üçün sadəcə donurlar, və bir çox halda ölürlər. Belə ki, son məlumatlara görə, Avropa ev təsərrüfatlarının 16 faizi artıq enerji yoxsulluğu həddindədir. Yəni avropalıların təqribən beşdə biri bu qış donmaq riski ilə üz-üzədir. Onların amerikalı dostları haqqında düşünərək donmaları isə bu prosesi asanlaşdırır. Rusiyadan azad olmaq Almaniyaya xüsusilə təsir etdi. 2000-ci ildən Almaniya külək enerjisinə keçmək üçün bir trilyon dollar xərcləsə də, əslində faciəvi bir vəziyyətə düşüb. İndi Rusiyadan asılı olmayan yaşıl Almaniyada elektrik enerjisi qiymətləri Avropada ən yüksəkdir. Dünən verilən məlumata görə, Almaniyada qiymətlərin bir meqavatsaat üçün 1000 avroya, yəni kilovatsaat üçün 100 rubldan yuxarı qalxıb. Müqayisə üçün: 2025-ci il yanvarın 1-dən Moskvada vahid tarif üzrə qiymət 1 kilovat-saat üçün 6,99 rubl təşkil edəcək. Təbii ki, alman sosial şəbəkələri Rusiya ilə enerji əlaqələrinin gözlənilən tamamilə kəsilməsinə çox sevinirlər. Məsələn, istifadəçilərdən biri öz vəziyyətini belə təsvir edir: ilin sonunda ona ümumi ödəniş çeki gəlib (qabaqcıl Almaniyada geridə qalmış Rusiyadan fərqli olaraq istehlak məbləğini dərhal hesablaya bilmirlər: aylıq qiymətləri gözə yarı hesablayır və ilin sonunda yuvarlaq hesab təqdim edirlər). Sahəsi 77 kvadratmetr olan bir mənzil üçün ondan rublla ildə kommunal xidmətlər və elektrik enerjisi üçün 572.000, yəni ayda 47.700 rubl alınıb. Niyə də sevinməsinlər ki? Axı heç kim demirdi ki, azad yaşamaq asan və havayı olacaq. Ümumiyyətlə, Almaniyada elektrik enerjisinin orta qiymətləri 2016-2019-cu illərə nisbətən 280% yüksəkdir. Almaniyanın Rusiya ilə əlaqələrini kəsməkdəki uğurlarına nəzər salan Avstriya da azadlığın dadına baxmaq qərarına gəlib. İki gün əvvəl Avstriyanın OMV qaz şirkəti Avstriyanın Rusiya yanacaq tədarükündən asılılığının 90% olmasına baxmayaraq, Qazprom Export ilə uzunmüddətli qaz tədarükü müqaviləsini ləğv edib. Avstriya Xarici İşlər nazirliyinin keçmiş rəhbəri Karin Knaysl dərhal xəbərdarlıq edib ki, Rusiyadan Avstriyaya qaz nəqlinin dayandırılması səbəbindən sonuncunun sakinləri və müəssisələri kütləvi şəkildə müflisləşə bilər. Bununla belə, avstriyalıların dediyi kimi, risk etməyənlər şnaps içməzlər. Niyə cəhd etməyək, bəlkə bu dəfə alındı? Rusiya ilə son "enerji boşanmasının" tərəfdarları avropalıları inandırırlar ki, hər şey çox yaxşı olacaq və onlar heç nə hiss etməyəcəklər: ABŞ-dan demokratik qazla dolu ağ qanadlı təyyarələr tələsir və bir şey olarsa, Norveç də kömək edəcək. Amma onlar deməyi unutdular ki, Amerikanın azadlıq qazı həmişə Rusiya qazından dəfələrlə baha olacaq. Məsələn, Hollandiyada təbii qazın alış qiyməti hazırda ABŞ-dan beş dəfə yüksəkdir. 2023-cü ildə Aİ-yə bütün təbii qazın 30%-ni verən Norveçə gəlincə, ölkə daxilində elektrik enerjisinin qiymətlərinin kəskin artması fonunda onlar "Avropa ilə enerji əlaqələrini kəsməyi" planlaşdırır. Dünən Norveçin energetika naziri Terje Osland etiraf edib ki, "vəziyyət zibildir" (birbaşa sitat). Buna görə də Avropanın müxtəlif yerlərində gec-tez Rusiyaya boyun əyməli olacaqları barədə səslər eşidilməyə başlayır. Məsələn, Almaniyada güclənən Almaniya üçün Alternativ partiyasının seçki proqramının yekun layihəsində yer alan məqamlardan biri də Rusiya ilə ticarət əlaqələrinin bərpası olub. Partiya nümayəndələri deyirlər ki, "Rusiya ucuz qaz tədarükçüsüdür və onunla ticarət bərpa olunmalıdır". Qeyd edək ki, Rusiya kiminsə xahişi və tələbi ilə nəyisə bərpa etməyə borclu deyil. Əgər bir şey bərpa olunacaqsa, onun şərtlərini də Rusiya təyin edəcəyik. Hələliksə, ölüxanaya marş komandası verilibsə - buyurun ölüxanaya addımlayın.
avropa
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0d/469397929_427:0:3158:2048_1920x0_80_0_0_897699307fad342d959139dc4e0a44ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
avropa, rusiya, avropa, qaz, abş, norveç
avropa, rusiya, avropa, qaz, abş, norveç
Vəssalam: 100 gündən sonra Avropa Rusiya ilə əlaqələri həmişəlik kəsəcək
Sağlam düşüncədən kənar məntiqlə Rusiya qazından tam imtina etmək istəyən avropalı siyasətçilər qitəni və bütün dünyanı dərin iqtisadi böhrana sürükləyir.
BAKI, 13 dekabr — Sputnik. Brüssel ofislərində həyəcan və sevincli səbirsizlik hökm sürür: dünən Avropanın enerji məsələləri üzrə komissarı Dan Yorgensen təntənəli şəkildə bəyan edib ki, yüz gündən sonra Avropa İttifaqı nəhayət, yanacaq sektorunda Rusiya ilə bütün əlaqələri qıracaq. Onun sözlərinə görə, bu, "əsas prioritetdir" və buna ABŞ-dan maye qaz tədarükünün artırılması kömək edəcək:
"Biz başa düşməliyik ki, ABŞ-dan enerji almadan Rusiyadan asılılığımızı azalda bilməzdik. ABŞ bizim əsl dostumuzdur və mən ümid edirəm biz dost olaraq qalacayıq".
Beləliklə, cənab Yorgensenin məntiqinə görə, Aİ-nin təhlükəsizliyini sarsıdan totalitar yanacaq molekulları yüz gün ərzində tamamilə azadlıq və demokratiya molekulları ilə əvəzlənəcək və indi yeni Dəmir Pərdə arxasında Avropa həmişəkindən daha yaxşı yaşayacaq, lakin suriyalı qaçqınların diqqətini cəlb etməmək üçün "Cənnət bağı" işarəsi götürülməli olacaq.
Bu məntiqdə hər şey gözəl və nəcibdir. Bircə onun tam cəfəngiyyat olmasından başqa.
Avropanın Rusiyadan tam qırılmaq planları ayrı bir bədii janrdır və əgər son illərdə bu məsələ ilə bağlı təklif olunanların hamısını toplasaq, o zaman onları yerləşdirmək üçün Nadejda Krupskayanın ərinin adını daşıyan kitabxananın bütün yeraltı və yerüstü anbarlarındakı yer kifayət etməz.
Avropa bürokratlarının rusofobiyanın spazmlarında nə etməsindən asılı olmayaraq, bu, həmişə ardıcıl olaraq bir şeyə gətirib çıxarıb: Avropada enerji və elektrik enerjisinin qiymətlərinin qaçılmaz artması, avropalıların həyat səviyyəsinin daha da aşağı düşməsi və əvvəllər dünya xəritəsində ən güclü iqtisadi mərkəzlərdən biri olanın sənayesizləşdirilməsinin sürətlənməsinə. Rusiya ilə yanacaq əlaqələrini kəsmək üçün atılan son addımlar isə Avropa iqtisadiyyatını və sosial sahəsini tamamilə dərin çöküşə salıb.
İxtisaslaşdırılmış Oilprice nəşri yazır ki, "Avropanın enerji sahəsindəki acınacaqlı vəziyyəti, xüsusən də Rusiya qazının tədarükünün gözlənilən dayandırılması fonunda qitənin qlobal enerji bazarında zəifliyini vurğulayır". Amma addımlar nəticəsində Putinə daha çox ziyan dəyir, odur ki hər şey düzgün edilir, deyilmi?
Euroactive nəşri yazır ki, Avropanın Rusiya üzərində enerji qələbələri fonunda qitədə "enerji yoxsulluğu" problemi getdikcə yüksəlməkdədir. İnsanlar enerji daşıyıcılarırının bahalaşması nəticəsində onlardan istifadə edilməsini azaldır, və bu çox vaxt onların sağlamlığına ciddi təhlükə yaradır. Sadə dildə desək, insanlar demokratik molekullar üçün pul ödəyə bilmədiyi üçün sadəcə donurlar, və bir çox halda ölürlər.
Belə ki, son məlumatlara görə, Avropa ev təsərrüfatlarının 16 faizi artıq enerji yoxsulluğu həddindədir. Yəni avropalıların təqribən beşdə biri bu qış donmaq riski ilə üz-üzədir. Onların amerikalı dostları haqqında düşünərək donmaları isə bu prosesi asanlaşdırır.
Rusiyadan azad olmaq Almaniyaya xüsusilə təsir etdi. 2000-ci ildən Almaniya külək enerjisinə keçmək üçün bir trilyon dollar xərcləsə də, əslində faciəvi bir vəziyyətə düşüb. İndi Rusiyadan asılı olmayan yaşıl Almaniyada elektrik enerjisi qiymətləri Avropada ən yüksəkdir. Dünən verilən məlumata görə, Almaniyada qiymətlərin bir meqavatsaat üçün 1000 avroya, yəni kilovatsaat üçün 100 rubldan yuxarı qalxıb. Müqayisə üçün: 2025-ci il yanvarın 1-dən Moskvada vahid tarif üzrə qiymət 1 kilovat-saat üçün 6,99 rubl təşkil edəcək.
Təbii ki, alman sosial şəbəkələri Rusiya ilə enerji əlaqələrinin gözlənilən tamamilə kəsilməsinə çox sevinirlər. Məsələn, istifadəçilərdən biri öz vəziyyətini belə təsvir edir: ilin sonunda ona ümumi ödəniş çeki gəlib (qabaqcıl Almaniyada geridə qalmış Rusiyadan fərqli olaraq istehlak məbləğini dərhal hesablaya bilmirlər: aylıq qiymətləri gözə yarı hesablayır və ilin sonunda yuvarlaq hesab təqdim edirlər). Sahəsi 77 kvadratmetr olan bir mənzil üçün ondan rublla ildə kommunal xidmətlər və elektrik enerjisi üçün 572.000, yəni ayda 47.700 rubl alınıb. Niyə də sevinməsinlər ki? Axı heç kim demirdi ki, azad yaşamaq asan və havayı olacaq.
Ümumiyyətlə, Almaniyada elektrik enerjisinin orta qiymətləri 2016-2019-cu illərə nisbətən 280% yüksəkdir.
Almaniyanın Rusiya ilə əlaqələrini kəsməkdəki uğurlarına nəzər salan Avstriya da azadlığın dadına baxmaq qərarına gəlib. İki gün əvvəl Avstriyanın OMV qaz şirkəti Avstriyanın Rusiya yanacaq tədarükündən asılılığının 90% olmasına baxmayaraq, Qazprom Export ilə uzunmüddətli qaz tədarükü müqaviləsini ləğv edib. Avstriya Xarici İşlər nazirliyinin keçmiş rəhbəri Karin Knaysl dərhal xəbərdarlıq edib ki, Rusiyadan Avstriyaya qaz nəqlinin dayandırılması səbəbindən sonuncunun sakinləri və müəssisələri kütləvi şəkildə müflisləşə bilər. Bununla belə, avstriyalıların dediyi kimi, risk etməyənlər şnaps içməzlər. Niyə cəhd etməyək, bəlkə bu dəfə alındı?
Rusiya ilə son "enerji boşanmasının" tərəfdarları avropalıları inandırırlar ki, hər şey çox yaxşı olacaq və onlar heç nə hiss etməyəcəklər: ABŞ-dan demokratik qazla dolu ağ qanadlı təyyarələr tələsir və bir şey olarsa, Norveç də kömək edəcək.
Amma onlar deməyi unutdular ki, Amerikanın azadlıq qazı həmişə Rusiya qazından dəfələrlə baha olacaq. Məsələn, Hollandiyada təbii qazın alış qiyməti hazırda ABŞ-dan beş dəfə yüksəkdir. 2023-cü ildə Aİ-yə bütün təbii qazın 30%-ni verən Norveçə gəlincə, ölkə daxilində elektrik enerjisinin qiymətlərinin kəskin artması fonunda onlar "Avropa ilə enerji əlaqələrini kəsməyi" planlaşdırır. Dünən Norveçin energetika naziri Terje Osland etiraf edib ki, "vəziyyət zibildir" (birbaşa sitat).
Buna görə də Avropanın müxtəlif yerlərində gec-tez Rusiyaya boyun əyməli olacaqları barədə səslər eşidilməyə başlayır. Məsələn, Almaniyada güclənən Almaniya üçün Alternativ partiyasının seçki proqramının yekun layihəsində yer alan məqamlardan biri də Rusiya ilə ticarət əlaqələrinin bərpası olub. Partiya nümayəndələri deyirlər ki, "Rusiya ucuz qaz tədarükçüsüdür və onunla ticarət bərpa olunmalıdır".
Qeyd edək ki, Rusiya kiminsə xahişi və tələbi ilə nəyisə bərpa etməyə borclu deyil.
Əgər bir şey bərpa olunacaqsa, onun şərtlərini də Rusiya təyin edəcəyik. Hələliksə, ölüxanaya marş komandası verilibsə - buyurun ölüxanaya addımlayın.