https://sputnik.az/20241213/qanunsuz-miqrantlarin-saxlanilmasi-ile-bagli-qaydalar-tekmillesdirilir--detallar-469320605.html
Azərbaycanda yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşdirilir
Azərbaycanda yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşdirilir
Sputnik Azərbaycan
Yüksək ixtisaslı miqrantların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə bir sıra güzəştlərin tətbiqi nəzərdə... 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T14:24+0400
2024-12-13T14:24+0400
2024-12-13T14:31+0400
miqrant
azərbaycan xəbərləri
qanunsuz
miqrasiya məcəlləsi
miqrasiya məcəlləsinə əlavələr
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_0:0:3031:1705_1920x0_80_0_0_29bb41f230a50da15ef7e343aa7bd455.jpg
BAKI, 13 dekabr— Sputnik. Azərbaycanda yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşir. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəddə “yüksək ixtisaslı miqrant” anlayışı qanunvericiliyə gətirilməklə onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına cəlb edilməsi məqsədi ilə hazırlanıb. Yüksək ixtisaslı miqrant dedikdə yüksək ixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur. O qeyd edib ki, "Yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2024-cü il 6 iyun tarixli Sərəncamı əsasında ölkəmizdə yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksək ixtisaslı miqrant proqramı" təsis edilib. Qanun layihəsində yüksək ixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir. Bildirilib ki, həmçinin "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə əsasən, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksək ixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması (müvəqqəti yaşamaq icazəsi vəsiqəsinə görə 5 iş günü, daimi yaşamaq icazəsi vəsiqəsinə görə 10 gün qısaldılması) nəzərdə tutulur. Qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.10.12.24, 15:32Qanunsuz miqrantların saxlanılması ilə bağlı qaydalar təkmilləşdirilir – DETALLARMilli Məclisin iclasında Miqrasiya Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov diqqətə çatdırıb ki, sənəd qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb: "Sənəddə qanunsuz miqrantların saxlanılması mərkəzlərində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət şəraiti, mülki hüquq və ailə münasibətləri kimi məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb". Hansı dəyişikliklər var? Qeyd edək ki, Miqrasiya Məcəlləsinə bir sıra yeni maddələr əlavə edilir. Əlavələrə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların mərkəzə qəbul edildikləri andan hesablanır. Onlar qərarda göstərilən müddətdən artıq mərkəzdə saxlanıla bilməzlər. Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq orqan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul edir. Digər əlavə edilən maddəyə əsasən, mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı mərkəzdə saxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, mərkəzin rəisinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydada müraciət etmək hüququna malikdir. Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir sıra hallar istisna olmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar onların iştirakı ilə mərkəzin işçisi tərəfindən açılır. Bu halda həmin məktubların oxunmasına yol verilmir. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müraciət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs mərkəzə qəbul edildikdən dərhal sonra mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar mərkəzdə məcburi yerləşdirilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir. Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla dərhal əlaqə saxlamaq imkanı yaradılır. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçirilir, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılır. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə, mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, mərkəzin rəisi mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür. Məcəllədə digər dəyişikliklər də nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/43/422654368_202:0:2933:2048_1920x0_80_0_0_e1b0128b731a9c19fdee84327d4a78dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
miqrant, qanunsuz, miqrasiya məcəlləsi, miqrasiya məcəlləsinə əlavələr
miqrant, qanunsuz, miqrasiya məcəlləsi, miqrasiya məcəlləsinə əlavələr
Azərbaycanda yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşdirilir
14:24 13.12.2024 (Yenilənib: 14:31 13.12.2024) Yüksək ixtisaslı miqrantların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə bir sıra güzəştlərin tətbiqi nəzərdə tutulur.
BAKI, 13 dekabr— Sputnik. Azərbaycanda yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşir. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəddə “yüksək ixtisaslı miqrant” anlayışı qanunvericiliyə gətirilməklə onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına cəlb edilməsi məqsədi ilə hazırlanıb.
Yüksək ixtisaslı miqrant dedikdə yüksək ixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.
O qeyd edib ki, "Yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2024-cü il 6 iyun tarixli Sərəncamı əsasında ölkəmizdə yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksək ixtisaslı miqrant proqramı" təsis edilib.
Qanun layihəsində yüksək ixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Bildirilib ki, həmçinin "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə əsasən, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksək ixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması (müvəqqəti yaşamaq icazəsi vəsiqəsinə görə 5 iş günü, daimi yaşamaq icazəsi vəsiqəsinə görə 10 gün qısaldılması) nəzərdə tutulur.
Qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qanunsuz miqrantların saxlanılması ilə bağlı qaydalar təkmilləşdirilir – DETALLAR
Milli Məclisin iclasında Miqrasiya Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov diqqətə çatdırıb ki, sənəd qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb: "Sənəddə qanunsuz miqrantların saxlanılması mərkəzlərində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət şəraiti, mülki hüquq və ailə münasibətləri kimi məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb".
Qeyd edək ki, Miqrasiya Məcəlləsinə bir sıra yeni maddələr əlavə edilir. Əlavələrə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların mərkəzə qəbul edildikləri andan hesablanır. Onlar qərarda göstərilən müddətdən artıq mərkəzdə saxlanıla bilməzlər. Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq orqan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul edir.
Digər əlavə edilən maddəyə əsasən, mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı mərkəzdə saxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, mərkəzin rəisinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydada müraciət etmək hüququna malikdir. Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir sıra hallar istisna olmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər.
Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar onların iştirakı ilə mərkəzin işçisi tərəfindən açılır. Bu halda həmin məktubların oxunmasına yol verilmir.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müraciət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər.
Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır.
Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs mərkəzə qəbul edildikdən dərhal sonra mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir.
Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar mərkəzdə məcburi yerləşdirilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir.
Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla dərhal əlaqə saxlamaq imkanı yaradılır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.
Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçirilir, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.
Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə, mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, mərkəzin rəisi mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.
Məcəllədə digər dəyişikliklər də nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.