Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölümün eşiyindən döndülər: Şəkidə canavarlar sakinlərə hücum edib

© AP Photo / Gerry BroomeCanavarlar, arxiv şəkli
Canavarlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
Bu gün səhər saatlarında Şəkinin Şorsu kəndində övladını məktəbə aparan ata, Cumakənddə isə yolla gedən sakinlər canavarların hücumuna məruz qalıblar.
BAKI, 13 dekabr — Sputnik. Şəkidə 3 nəfərə canavar hücum edib. Sputnik Azərbaycan-ın SHEKİ MEDİ-aya istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C.İsayevə xəsarət yetirib.
Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.
Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Xəbər lenti
0