DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun baş katibi: Əgər mən Kremldə olsaydım və adım da Vladimir Putin olsaydı...

© AP Photo / Ebrahim NorooziMark Rutte baş katib
Mark Rutte baş katib - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
Qərb Ukrayna sülh prosesinin Putinsiz mümkün olmadığını dərk etməyə başlayıb.
BAKI, 13 dekabr — Sputnik. NATO-nun baş katibi Mark Rutte Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh sazişindən danışmağın riskli strategiya olduğunu düşünür.
Rutte qeyd edib ki, NATO ölkələrində Ukrayna münaqişəsinə son qoymaq variantları ilə bağlı müzakirələr artıq açıq şəkildə, o cümlədən mətbuatda aparılır. Amma bu danışıqların alyans ölkələri arasında aparılması əlavə problemlər yarada bilər.
"Mən mətbuatda zəmanətlər, Ukrayna ərazilərinin bir hissəsindən imtina etmək qərarı ilə bağlı müzakirələr görürəm. Düşünürəm ki, əgər mən indi Kremldə olsaydım və adım Vladimir Putin olsaydı, deyərdim: "Bu, mənim üçün çox müsbət haldır, üstəlik mən bunda heç iştirak etmirəm" - deyə baş katib bildirib.
Rüttenin sözlərinə görə, sülh sazişi bağlandıqda onun ədalətli olmasına və özündə bütün lazımı elementləri ehtiva etməsinə xüsusi diqqət yetirilməlidir.
Rusiyanın Ukraynaya qarşı Xüsusi Hərbi Əməliyyatı 2022-ci il fevralın 24-də başlayıb. Elə həmin ilin martında Türkiyənin vasitəçiliyi ilə başlanan danışıqlarda tərəflər razılaşmaya yaxın olsalar da, Qərbin təkidi ilə Ukrayna danışıqlardan imtina etdi. Qərb siyasətçiləri döyüşlərin Rusiya məğlub olanadək davam edəcəyini bəyan etdilər.
Qərbin böyük hərbi yardımına və Moskvaya qarşı tətbiq olunan iqtisadi sanksiyalara rəğmən Rusiya Silahlı qüvvələri irəliləməkdə davam edir. Belə şəraitdə qərbdə getdikcə daha çox siyasətçi sülh razılaşması haqqında danışmağa başlayıb. Amma belə görünür əsas qərarlar ABŞ-ın seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra qəbul olunacaq. Qeyd edək, Trampın inauqurasiyası 2025-ci il yanvarın 20-də baş tutacaq.
Xəbər lenti
0