https://sputnik.az/20241213/dovlet-xidmeti-alternativ-herbi-xidmetle-bagli-teklifi-destekleyirik-469400949.html
Dövlət Xidməti: Alternativ hərbi xidmətlə bağlı təklifi dəstəkləyirik
Dövlət Xidməti: Alternativ hərbi xidmətlə bağlı təklifi dəstəkləyirik
Sputnik Azərbaycan
Qüdrət Həsənquliyev təklif edib ki, magistraturanı və rezidenturanı bitirənlər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T17:05+0400
2024-12-13T17:05+0400
2024-12-13T17:05+0400
dövlət xidməti
hərbi
həqiqi hərbi xidmət
müddətli həqiqi hərbi xidmət
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
qüdrət həsənquliyev
millət vəkili qüdrət həsənquliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1a/465618776_0:156:3000:1844_1920x0_80_0_0_7feaeb96653c155a1d01bcb2f0415642.jpg
BAKI, 13 dekabr — Sputnik. Ödənişli hərbi xidmətlə bağlı təklif müzakirə olunsa da, aidiyyəti qurumlar dəstəkləməyib. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azər Məmmədov deyib. O bildirib ki, məsələyə bir daha baxılsa, buna etiraz etmirlər: Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu barədə məsələ qaldırıb. O qeyd edib ki, cəmiyyətimiz bu dəyişiklikləri, xüsusən hərbi xidmətə çağırışın yaş həddinin azaldılmasını alqışlayacaq və müdafiə edəcək.Qüdrət Həsənquliyev qeyd edib ki, xalqımız uzun müddətdir pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslərin hərbi xidmətdən azad edilməsini gözləyir:"Cəmiyyətdə gözlənti odur ki, magistratura, rezidentura təhsil almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Bizim elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Digər tərəfdən, 2 övladı olan şəxslərlə bağlı təklifim var ki, bu güzəştlər onlara da şamil olunsun” - Həsənquliyev əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1a/465618776_167:0:2834:2000_1920x0_80_0_0_bd4b74a254380412662150b969afe9c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dövlət xidməti, həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmət, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev
dövlət xidməti, həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmət, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev
Dövlət Xidməti: Alternativ hərbi xidmətlə bağlı təklifi dəstəkləyirik
Qüdrət Həsənquliyev təklif edib ki, magistraturanı və rezidenturanı bitirənlər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər.
BAKI, 13 dekabr — Sputnik. Ödənişli hərbi xidmətlə bağlı təklif müzakirə olunsa da, aidiyyəti qurumlar dəstəkləməyib.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azər Məmmədov deyib.
O bildirib ki, məsələyə bir daha baxılsa, buna etiraz etmirlər:
"Eyni zamanda alternativ xidmət Konstitusiyada əksini tapsa da, qanunvericilikdə nəzərdə tutulmayıb. Biz bu təklifi dəstəkləyirik".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu barədə məsələ qaldırıb. O qeyd edib ki, cəmiyyətimiz bu dəyişiklikləri, xüsusən hərbi xidmətə çağırışın yaş həddinin azaldılmasını alqışlayacaq və müdafiə edəcək.
Qüdrət Həsənquliyev qeyd edib ki, xalqımız uzun müddətdir pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslərin hərbi xidmətdən azad edilməsini gözləyir:
"Cəmiyyətdə gözlənti odur ki, magistratura, rezidentura təhsil almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Bizim elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Digər tərəfdən, 2 övladı olan şəxslərlə bağlı təklifim var ki, bu güzəştlər onlara da şamil olunsun” - Həsənquliyev əlavə edib.