https://sputnik.az/20241213/cagiris-vereqesi-elektron-sekilde-verilecek---vetendaslar-elektron-kabinet-yaradacaqlar-469402847.html
Çağırış vərəqəsi elektron şəkildə veriləcək - Vətəndaşlar elektron kabinet yaradacaqlar
Çağırış vərəqəsi elektron şəkildə veriləcək - Vətəndaşlar elektron kabinet yaradacaqlar
Sputnik Azərbaycan
Çağırışaqədər yaş həddində olanlara münasibətdə isə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən elektron kabinet... 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T19:00+0400
2024-12-13T19:00+0400
2024-12-13T19:00+0400
çağırış
hərbi
"hərbi vəzifə və hərbi xidmət haqqında" azərbaycan respublikasının qanunu
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463057316_0:43:3564:2048_1920x0_80_0_0_806ba7037decbb4ec6155246b8c05633.jpg
BAKI, 13 dekabr — Sputnik. Vətəndaşlar hərbi vəzifələrinin icrası ilə bağlı elektron kabinet yaradacaqlar. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, elektron kabinet - vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özü barədə məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini, xidmətlərdən istifadə etməsini və ödənişləri həyata keçirməsini təmin edən Elektron Hökumət İnformasiya Sistemində yaradılmış xüsusi fərdi elektron səhifədir. Layihəyə əsasən, çağırış vərəqəsi - vətəndaşların hərbi vəzifələri barədə müvafiq qurum tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəddir. Vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər müvafiq qurumun informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla, hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən elektron kabinet yaradılacaq. Qeyd edək ki, bu qanunun 4.4-cü maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.
https://sputnik.az/20241213/herbi-xidmete-cagiris-muddetinin-yuxari-heddi-35-yasdan-30-yasa-endirilir-469379116.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463057316_209:0:2940:2048_1920x0_80_0_0_0347b5441f70faf5427bba1e7962d23c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
çağırış, "hərbi vəzifə və hərbi xidmət haqqında" azərbaycan respublikasının qanunu, milli məclis
çağırış, "hərbi vəzifə və hərbi xidmət haqqında" azərbaycan respublikasının qanunu, milli məclis
Çağırış vərəqəsi elektron şəkildə veriləcək - Vətəndaşlar elektron kabinet yaradacaqlar
Çağırışaqədər yaş həddində olanlara münasibətdə isə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən elektron kabinet yaradılacaq.
BAKI, 13 dekabr — Sputnik. Vətəndaşlar hərbi vəzifələrinin icrası ilə bağlı elektron kabinet yaradacaqlar.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, elektron kabinet - vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özü barədə məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini, xidmətlərdən istifadə etməsini və ödənişləri həyata keçirməsini təmin edən Elektron Hökumət İnformasiya Sistemində yaradılmış xüsusi fərdi elektron səhifədir.
Layihəyə əsasən, çağırış vərəqəsi - vətəndaşların hərbi vəzifələri barədə müvafiq qurum tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəddir.
Vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər müvafiq qurumun informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla, hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən elektron kabinet yaradılacaq.
Qeyd edək ki, bu qanunun 4.4-cü maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.