https://sputnik.az/20241213/azerbaycanda-operativ-neqliyyat-vasitelerinin-siyahisi-genislenir-469383313.html
Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir
Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir
Sputnik Azərbaycan
Minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi... 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T13:15+0400
2024-12-13T13:15+0400
2024-12-13T13:15+0400
nazirlər kabineti yanında operativ qərargah
azərbaycan xəbərləri
"yol hərəkəti haqqında" qanun
təcili yardım
təcili tibbi yardım avtomobili
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_0:155:1920:1235_1920x0_80_0_0_3c36703d134354e7310632f552c35add.jpg
BAKI, 13 dekabr— Sputnik. Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək. Milli Məclisdə bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirə edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, bu layihə "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır. Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_217:0:1920:1277_1920x0_80_0_0_c6d5ad3fc8e25b92db757472a23af7e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nazirlər kabineti yanında operativ qərargah, "yol hərəkəti haqqında" qanun, təcili yardım, təcili tibbi yardım avtomobili
nazirlər kabineti yanında operativ qərargah, "yol hərəkəti haqqında" qanun, təcili yardım, təcili tibbi yardım avtomobili
Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir
Minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.
BAKI, 13 dekabr— Sputnik. Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Milli Məclisdə bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, bu layihə "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır. Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.