DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstriyanın Rusiya qazı ilə bağlı müqaviləni ləğv etməsi cavabsız qalmayacaq

© AP Photo / Michael SohnQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
Səfir qeyd edib ki, Avstriya qaz tədarükü müqaviləsini ləğv etdiyinə görə cavab verəcək.
BAKI, 13 dekabr — Sputnik. Avstriyanın Rusiya qazının tədarükü ilə bağlı müqaviləsini ləğv etmək qərarı RF tərəfindən cavabsız qalmayacaq.
Bunu Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski "İzvestiya"ya açıqlamasında deyib.
Diplomat vurğulayıb ki, Avstriya tərəfinin "Qazprom"u guya razılaşmaları yerinə yetirməməkdə ittiham etməsi və sonradan Vyananın Rusiya qazının tədarükü ilə bağlı müqaviləyə xitam verməsi faktiki olaraq Rusiya-Avstriya münasibətlərinin "möhkəm dayaq sütunlarından" birini məhv edib.
"Bu gün vəziyyəti gərginləşdirən məhz Avstriya tərəfi olub. Sıxıcı qaz əsarəti ilə bağlı sonsuz fəryadlar son vaxtlar Vyanadakı tanınmış siyasi funksionerlərdən gəlib", Lyubinski qeyd edib.
Səfir əlavə edib ki, məhz Vyana ölkəmizlə uzunmüddətli qaz tərəfdaşlığını dərhal "tarixi səhv" elan edərək, iki ölkə arasında münasibətlərin "möhkəm dayaq sütunlarından birini" məhv edib.
Lublinski siyasi səbəblərdən diktə edilən qərarlara görə bütün məsuliyyətin tamamilə rəsmi Vyananın üzərinə düşdüyünü bildirib.
Qeyd edək ki, bu yaxınlarda "OMV" enerji şirkəti "Qazprom İxrac" holdinqi ilə uzunmüddətli müqaviləyə xitam vermək qərarına gəlib. Şirkətdən bildirilib ki, 2024-cü ilin noyabrından "Qazprom İxrac" qaz tədarükünü dayandırıb.
Noyabrda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Avstriyaya qaz verilməsi məsələsində xeyriyyəçiliklə məşğul olmaq niyyətində olmadığını söyləyib. Diplomat xatırladıb ki, "OMV" şirkəti "Qazprom"la məhkəmə prosesi zamanı özünü insafsızcasına aparıb.
Xatırladaq ki, bu yaxınlarda Avstriya "OMV"nin törəmə şirkətinə "Qazprom İxrac"la xaricdə hüquqi mübahisə aparmağı qadağan edib.
Xəbər lenti
0