DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

SSRİ dövrünün xəritələrindən imtina etmək müstəqillikdən imtina etmək deməkdir - Paşinyan

© Sputnik / Кристина Кормилицына MDB Dövlət Başçıları Şurasının iclası
 MDB Dövlət Başçıları Şurasının iclası - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
Ermənistanın baş naziri deyib ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış ərazini tanımırlarsa, bununla başqalarına da onu tanımamaq imkanı verirlər.
BAKI, 12 dekabr — Sputnik. Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərdən imtina etməsi suverenlik və dövlətçilikdən imtina etmək deməkdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

"Açıq deməliyəm ki, belə yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilik və müstəqillikdən imtina etmək deməkdir. Ona görə ki, biz müstəqilliyimizi Sovet Ermənistanı ərazisində əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün bufer rolunu oynayır", - N.Paşinyan bildirib.

Ermənistan lideri vurğulayıb ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış ərazini tanımırlarsa, bununla başqalarına da onu tanımamaq imkanı verirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0