https://sputnik.az/20241212/qerb-pasinyandan-istifade-edir---ermenistanin-geleceyi-sual-altindadir-469369420.html
Qərb Paşinyandan istifadə edir - Ermənistanın gələcəyi sual altındadır
Qərb Paşinyandan istifadə edir - Ermənistanın gələcəyi sual altındadır
Sputnik Azərbaycan
Politoloq hesab edir ki, Ermənistanın Aİ-yə üzvlük prosesi Paşinyan iqtidarına Qərbin bəlli dairələri qarşısında siyasi divident qazandıra bilər, lakin, yaxın... 12.12.2024, Sputnik Azərbaycan
2024-12-12T17:45+0400
2024-12-12T17:45+0400
2024-12-12T17:45+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
avropa ittifaqı
ktmt
türkiyə
millət vəkili
rusiya
sərhəd
baza
təhlükə
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467864860_0:157:2966:1825_1920x0_80_0_0_afe9a62c508656b656ff72ed316fc03d.jpg
BAKI, 12 dekabr — Sputnik. Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında" qanun layihəsinin müdafiəsi üçün toplanmış 52 351 imzanın etibarlılığını təsdiqləyib. Bununla yanaşı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Avropa İttifaqı ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni sənəd üzərində danışıqlar aparır. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos və Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Luxnerlə görüşündə bildirib ki, viza rejiminin liberallaşdırılması nəticəsində mümkün müsbət dəyişikliklərin, eləcə də insanların və iqtisadiyyatın ayrı-ayrı sektorlarının mobilliyinin təmin edilməsi vacibdir. Ratifikasiya prosesi təxminən 3 il davam edən Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) 2021-ci il martın 1-dən qüvvəyə minib. 2024-cü ilin sentyabrında Aİ-Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoq rəsmi olaraq başlayıb və "Yeni Tərəfdaşlıq Gündəliyi" adlı yeni hərtərəfli sənəd üzərində iş aparılır Millət vəkili Arzu Nağıyev məsələ ilə bağlı bildirir ki, avantürist addımları ilə hər zaman ön planda olan Ermənistanın Aİ sevdası təəccüb doğurmur:Millət vəkili həmçinin bildirir ki, xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra iqtisadiyyatında ciddi boşluqlar olan Ermənistan son 20 ildə keçirdiyi iqtisadi böhranlarla gündəmə gəlib və çox zaman xarici dairələrin hesabına maliyyələşib:"Bu məqamda Paşinyan hakimiyyəti xalqın müqaviməti ilə üzləşə bilər. Ermənistanın Aİ-yə üzv olma istəyi sadəcə avantüra deyil, məcburiyyət də ola bilər. Belə ki, Qərb Cənubi Qafqazda əsas aktora çevrilmək üçün Paşinyan hakimiyyətindən "piyada" kimi istifadə edir. Məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqla regionda söz sahibi olmaqdır". Deputat qeyd edir ki, uzaq sahillərə yelkən açmaq istəyi Paşinyan hakimiyyətini Rusiyadan uzaqlaşdırır.Politoloq Elşən Manafov isə bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesi Paşinyan iqtidarına Qərbin bəlli dairələri qarşısında siyasi divident qazandıra bilər, lakin, yaxın perspektivdə bu həyata keçirilməsi mümkün olan məsələ deyil:"Aİ Paşinyan hakimiyyətinə Qərbin Cənubi Qafqazla bağlı geosiyasi layihələrində Rusiya üçün problemlərin yaşanmasına səbəb ola biləcək siyasi təzyiq vasitəsi kimi yanaşır. Hərçənd, Ermənistanın Rusiyadan olan enerji, təhlükəsizlik və iqtisadi asılılığı konteksində bu, ciddi təsir bağışlamır. Sadəcə zaman-zaman Paşinyanın KTMT, habelə Avrasiya İqtisadi İttifaqı (Aİİ) barəsində səsləndirdiyi avantürist fikirlər Rusiya ilə münasibətlərdə gərginliyin yüksələcəyi təəssüratı doğurduğundan Qərb Paşinyandan istifadə edir və bunun müqabilində ona maliyyə və siyasi dəstək verəcəyini bəyan edir". Politoloqun sözlərinə görə, Ermənistanın isə Aİ-yə üzv olmaq üçün nə hakimiyyəti kifayət qədər demokratikdir, nə də ciddi iqtisadi imkan və resursları var. Elşən Manafov hesab edir ki, Ermənistan Avropa bazarlarına rəqabət qabiliyyətli məhsullar çıxarmaq imkanlarına malik deyil: "Onun Avropa üçün marağı Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində əyləc mexanizmləri anlamında qabul olunması, habelə geostrateji məkanda yerləşməsi, xüsusilə İrana coğrafi anlamda yaxınlığı ilə bağlıdır. Paşinyan Qərb institutlarına müəyyən təsir imkanları olan erməni diasporunun dəstəyinə ümid edə bilər, lakin,onun Aİ-yə üzvlük iddiası, dərhal Avraziya İqtisadi İttifaqından kənarlaşdırılmasına gətirib çıxaracaq ki, bu da iqtisadi baxımdan Ermənistana sərfəli deyil. Digər tərəfdən MDB-də ayrı-ayrı ölkələrin, xüsusilə Gürcüstanın Aİ-yə inteqrasiya ilə bağlı məsələləri təxirə salmaları göstərir ki, Aİ bu ölkələrə xammal mənbəyi və ucuz işçi qüvvəsi kimi yanaşır. Ermənistanın isə Ukraynadan fərqli olaraq nə zəngin təbii resursları var, işçi qüvvəsinə gəlincə, 3 milyondan çox erməni "qastarbayter" kimi hazırda Rusiyada yaşayır və çalışır. Aİ Türkiyə kimi dünyanın 20 dövlətindən biri olan dövləti öz tərkibinə 1987 ci ildən bəri qəbul etməyə tələsmirsə, inkişaf səviyyəsi Avropa standartlarından uzaq olan bir ölkənin buna inanması sadəlövlükdən başqa bir şey deyil", - politoloq bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241211/ermenistanin-tehlukesizliyine-yegane-zemanet-rusiyadir---politoloq-469330687.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467864860_163:0:2804:1981_1920x0_80_0_0_43f0b87edc81ca4ca0f98e9c16a2a68b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, avropa ittifaqı, ktmt, türkiyə, millət vəkili, rusiya, sərhəd, baza, təhlükə, xammal
ermənistanın baş naziri nikol paşinyan, avropa ittifaqı, ktmt, türkiyə, millət vəkili, rusiya, sərhəd, baza, təhlükə, xammal
Qərb Paşinyandan istifadə edir - Ermənistanın gələcəyi sual altındadır
Politoloq hesab edir ki, Ermənistanın Aİ-yə üzvlük prosesi Paşinyan iqtidarına Qərbin bəlli dairələri qarşısında siyasi divident qazandıra bilər, lakin, yaxın perspektivdə bu realizə olunması mümkün olan məsələ deyil.
BAKI, 12 dekabr — Sputnik. Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında" qanun layihəsinin müdafiəsi üçün toplanmış 52 351 imzanın etibarlılığını təsdiqləyib. Bununla yanaşı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Avropa İttifaqı ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni sənəd üzərində danışıqlar aparır.
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos və Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Luxnerlə görüşündə bildirib ki, viza rejiminin liberallaşdırılması nəticəsində mümkün müsbət dəyişikliklərin, eləcə də insanların və iqtisadiyyatın ayrı-ayrı sektorlarının mobilliyinin təmin edilməsi vacibdir.
Ratifikasiya prosesi təxminən 3 il davam edən Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) 2021-ci il martın 1-dən qüvvəyə minib.
2024-cü ilin sentyabrında Aİ-Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoq rəsmi olaraq başlayıb və "Yeni Tərəfdaşlıq Gündəliyi" adlı yeni hərtərəfli sənəd üzərində iş aparılır
Millət vəkili Arzu Nağıyev məsələ ilə bağlı bildirir ki, avantürist addımları ilə hər zaman ön planda olan Ermənistanın Aİ sevdası təəccüb doğurmur:
"Şans faktorunu nəzərə almasaq mövcud reallıqda bəzi məqamlar Ermənistanın Aİ üzvlük məsələsinin uğurla nəticələnəcəyini vəd etmir. Dövlətlərarası iqtisadi və siyasi təşkilat olan Aİ-ə üzv olmaq üçün ilk növbədə Ermənistan hakimiyyəti ölkədə bir sıra iqtisadi və siyasi islahatlar tətbiq etməlidir. Bu prosedurların ölkənin daxili sabitliyinə necə təsir edəcəyi isə sual altındadır".
Millət vəkili həmçinin bildirir ki, xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra iqtisadiyyatında ciddi boşluqlar olan Ermənistan son 20 ildə keçirdiyi iqtisadi böhranlarla gündəmə gəlib və çox zaman xarici dairələrin hesabına maliyyələşib:
"Bu məqamda Paşinyan hakimiyyəti xalqın müqaviməti ilə üzləşə bilər. Ermənistanın Aİ-yə üzv olma istəyi sadəcə avantüra deyil, məcburiyyət də ola bilər. Belə ki, Qərb Cənubi Qafqazda əsas aktora çevrilmək üçün Paşinyan hakimiyyətindən "piyada" kimi istifadə edir. Məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqla regionda söz sahibi olmaqdır".
Deputat qeyd edir ki, uzaq sahillərə yelkən açmaq istəyi Paşinyan hakimiyyətini Rusiyadan uzaqlaşdırır.
"Son zamanlarda Ermənistanın baş nazirinin KTMT-ni tərk etməklə bağlı etdiyi çıxışlar da, Aİ üzvlüklə bağlı istəkləri də bunula bağlıdır. Ukrayna misalında praktika göstərir ki, Rusiya bununla razılaşmayacaq. Rusiya heç bir şəkildə sərhədlərində Qərb ünsürlərini istəmir və bunu dövlət suverenliyinə təhdid olaraq qəbul edir. Paşinyan hakimiyyəti unutmamalıdır ki, Ermənistanın dövlət sərhədində Rusiyanın hərbi bazası yerləşir. Ermənistanın atacağı hər hansı bir yanlış addım regionda vəziyyəti gərginləşdirə və yeni münaqişə ocağı yara bilər", - Arzu Nağıyev qeyd edib.
Politoloq Elşən Manafov isə bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesi Paşinyan iqtidarına Qərbin bəlli dairələri qarşısında siyasi divident qazandıra bilər, lakin, yaxın perspektivdə bu həyata keçirilməsi mümkün olan məsələ deyil:
"Aİ Paşinyan hakimiyyətinə Qərbin Cənubi Qafqazla bağlı geosiyasi layihələrində Rusiya üçün problemlərin yaşanmasına səbəb ola biləcək siyasi təzyiq vasitəsi kimi yanaşır. Hərçənd, Ermənistanın Rusiyadan olan enerji, təhlükəsizlik və iqtisadi asılılığı konteksində bu, ciddi təsir bağışlamır. Sadəcə zaman-zaman Paşinyanın KTMT, habelə Avrasiya İqtisadi İttifaqı (Aİİ) barəsində səsləndirdiyi avantürist fikirlər Rusiya ilə münasibətlərdə gərginliyin yüksələcəyi təəssüratı doğurduğundan Qərb Paşinyandan istifadə edir və bunun müqabilində ona maliyyə və siyasi dəstək verəcəyini bəyan edir".
Politoloqun sözlərinə görə, Ermənistanın isə Aİ-yə üzv olmaq üçün nə hakimiyyəti kifayət qədər demokratikdir, nə də ciddi iqtisadi imkan və resursları var. Elşən Manafov hesab edir ki, Ermənistan Avropa bazarlarına rəqabət qabiliyyətli məhsullar çıxarmaq imkanlarına malik deyil:
"Onun Avropa üçün marağı Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində əyləc mexanizmləri anlamında qabul olunması, habelə geostrateji məkanda yerləşməsi, xüsusilə İrana coğrafi anlamda yaxınlığı ilə bağlıdır. Paşinyan Qərb institutlarına müəyyən təsir imkanları olan erməni diasporunun dəstəyinə ümid edə bilər, lakin,onun Aİ-yə üzvlük iddiası, dərhal Avraziya İqtisadi İttifaqından kənarlaşdırılmasına gətirib çıxaracaq ki, bu da iqtisadi baxımdan Ermənistana sərfəli deyil. Digər tərəfdən MDB-də ayrı-ayrı ölkələrin, xüsusilə Gürcüstanın Aİ-yə inteqrasiya ilə bağlı məsələləri təxirə salmaları göstərir ki, Aİ bu ölkələrə xammal mənbəyi və ucuz işçi qüvvəsi kimi yanaşır. Ermənistanın isə Ukraynadan fərqli olaraq nə zəngin təbii resursları var, işçi qüvvəsinə gəlincə, 3 milyondan çox erməni "qastarbayter" kimi hazırda Rusiyada yaşayır və çalışır. Aİ Türkiyə kimi dünyanın 20 dövlətindən biri olan dövləti öz tərkibinə 1987 ci ildən bəri qəbul etməyə tələsmirsə, inkişaf səviyyəsi Avropa standartlarından uzaq olan bir ölkənin buna inanması sadəlövlükdən başqa bir şey deyil", - politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.